CSVDE – obyektlərin Import – Export edilməsi

Salam dostlar, bu günki məqaləmizdə CSVDE.EXE alətindən (koməkçi proqram) bəhs edəcəyik. Active Directory`da eyni vaxtda yüzərlə istifadəçini əlavə etmək, mövcud yüzlərlə istifadəçi üzərində eyni anda dəyişiklik edə bilmək, Active Directory məlumatarını bir text faylina (CSV,LDF) import/export etmək kimi əməliyyatlar üçün ən vacib alətlər, CSVDE.EXE və LDFIDE.EXE alətləridir. Biz bu məqaləmizdə CSVDE vasitəsilə import və export əməliyyatlarını öyrənəcəyik. Nəzərinizə çatdırım ki, CSVDE.EXE və LDFIDE.EXE command line alətdir və biz bu alətlərlə CMD üzərindən işləyəcəyik.

CSVDE ilə Export:

Nümunə 1:
CSVDE -f c:\fullAD.csv – Bu komanda ilə biz, Active Directory içərisində mövcud olan bütün istifadəçi, qrup və obyekləri “C:\” diskinə, “fullAD.csv” faylına export edirik.
1

existingusers.csv faylına Excel`də baxaq.
2

 

Nümunə 2:
CSVDE -f onlyusers.csv -r "(&(objectClass=user))" – Bu əmrlə isə biz, Active Directory`da olan bütün obyektləri deyil, yalnız istifadəçiləri və onların attributlarını (userAccountControl, logonCount və s.) export etmiş olduq.
3

onlyusers.csv faylına Excel`də baxaq. Gördüyünüz kimi burada yalnız istifadəçilər mövcuddur.
4

 

Nümunə 3:

CSVDE -f users_sel_attrib.csv -r “(&(objectClass=user))” -l “DN,objectclass, objectcategory, name, distinguishedName” – Bu əmrlə biz, yuxarıdakı kimi yalnız istifadəçiləri, lakin onların bütün attributlarını deyil, təkcə “DN,objectclass, objectcategory, name, distinguishedName” attributlarını export edəcəyik.
5

users_sel_attrib.csv faylına Excel`də baxaq. Gördüyünüz kimi burada istifadəçiləri yalnız seçilmiş attributları ilə göstərir.
6

 

CSVDE ilə Import:
Import üçün, ilk öncə biz .CSV fayl yaradırıq.Bunun üçün biz, Notepad`dan və ya Excel`dən istifadə edə bilərik.
Notepad`ı açıb, aşağıdakı kodları yerlərşdirək və import_user.csv adında “C:\” diskində saxlayaq.

Nümunə 4:
dn,sAMAccountName,userPrincipalName,telephoneNumber,department,userAccountControl,objectClass
"CN=Camal Valiyev,OU=IT,DC=technet,DC=local",CamalValiyev,[email protected],971-1239,IT,514,user

Notepad`da görüntü:
7

Excel`də görüntü bu şəkildədir. Düşünürəm ki, Excel`də işləmək sizin üçün daha rahat olacaq:

8

 

Nümunə 5:
CSVDE -i -k -f c:\import_user.csv – İndi isə bu əmri icra edərək, CSV içərisindəki istifadəçiləri, Active Directory`ə əlavə edək.
9

Son olaraq Active Directory`da yeni yaranmış istifadəçimizi görürük.
10
Əgər diqqətinizi cəlb etdisə, yeni yaratdığımız Camal Valiyev adlı istifadəçimiz “Disabled” vəziyyətindədir. Buna səbəb bizim userAccountControl=514 verməyimizdir. Microsoft CSVDE ilə yeni yaranmış istifadəçiləri məhz “disabled” şəkildə yaratmağınızı tövsiyyə edir, çünki CSVDE vasitəsi ilə, biz istifadəçilərə şifrə təyin edə bilmirik.

LDAP attribute`ların qısa şəkildə aşağıda izahını verməyə çalışdım.
11

LDAP Attribute İzah
CN-Common Name CN=Camal Valiyev ; givenName+SN birləşməsindən əmələ gəlir.
displayName Display Name = Camal Valiyev görsənən ad
DN-distinguishedName Ən vacib attriburtdur.  Obyektin yerləşəcəyi yeri göstərir.
CN=Camal Valiyev,OU=IT,DC=technet,DC=local
name Camal Veliyev CN ile eynidir.
ObjectClass ObjectClass=user, obyektin tipini göstərir. User,Computer, Group və s.
samAccountName samAccountName=camamlvaliyev Köhnə NT 4.0 logon adı. Bu ad Forest içərisində tək olmalıdır.
SN SN=Valiyev . LastName olaraq görsənir. Şəxsin soyadıdır.
UserAccountControl İstifadəçi hesabını disable etmək üçün istifadə olunur. 514 Disable etdikdə, 512 isə Enable edir.
UserPrincipleName [email protected]
Email adresi formasında Logon adıdır. UPN adı forest içərində tək olmalıdır.

Əziz dostlar bu məqalimiz burada yekunlarşır. Gələn məqalədə LDIFDE alətindən bəhs edəcəyik.

Səs: +50. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 3 )

    • Tariyel / . Dərc edilib:A 31/12/2014 at 12:40 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Cox Cox tesekkur edirem gozel bir movzudu toxunmusuz.

    • Taryel / . Dərc edilib:A 04/01/2015 at 11:24 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Teshekkurler cox maraqlidir. Mumkunse PowerShell uzerinden bu emeliyyatlarin yerine yetirilme qaydalarinda bir meqalede eks etdirerdiniz imkan daxilinde.

    • Salam Tariyel bey, məqaləni oxuduğunuz və cavab yazdığınız üçün təşəkkür edirəm.
      İnşAllah yaxın zamanlarda PowerShell ilə import-export əməliyyatları barəsində məqalə yazacağıq.

Şərh yazın