Google Chrome-un sürətini necə artırmaq olar?

Bu məqalədə Google Chrome brauzerində səhifələrin sürətli yüklənməsini təmin edəcək üsul haqqında danışacayıq.

Çox vaxt istifadə olunan brauzer çoxlu əlavələrlə (extension, addon) dolu olur. Bunlara səhifələrdə olan kontekst və ya bannerlə yerləşdirilən reklam qoruyucularından tutmuş, müxtəlif skriptlərin işləməsi üçün lazım olan “addon”ları aid etmək olar. Bir dəfə daxil olacağınız sayt üçün əlavə quraşdırırsınız, bu da digər səhifələrin gec açması deməkdir. Lazım olan hədəfə çatmaq üçün əlavəni quraşdırmaq sonra silmək və ya söndürməkdə olar. Amm təəssüflər olsun ki, çoxları bunun necə reallaşacağını bilmir. Elə bu fikrə istinadən dərsimizin praktik bölməsinə keçirik…

İlk öncə Chrom brauzerini başladın və “Ayarlar və Google Chrome idarəsi” düyməsinə klikləyərək kontekst menyunu açın. Burada “Ayarlar”a basın,

1

və ya bu ünvana keçərək lazım olan səhifəni açın:

chrome://settings

Açılacaq səhifənin aşağı hissəsində mövcud “Əlavə Ayarları Göstər ” yazısına/hiperlinkinə klikləyin:

2

Beləliklə, bizim əlavə ayarlarımız göstəriləcəkdir. Bir sətir aşağıda olan “Kontent ayarları” buttonuna klikləyin:

3

Və artıq istədiyimiz pəncərə açılacaqdır. Burada bütün əlavələri, qoşmaları yalnız icazə istənildikdən sonra işləməsini düzənləyə bilərik. Bunun üçün olduğumuz səhifədə (bizim halda Rus dilində) “Плагины” (Palgins, qoşmalar) altbaşlığında göstərilən seçimlərdən birini, bizim halda lazımlı qoşmaların yalnız icazə ilə işləməsini təmin etmək üçün “Воспроизводит по клику” sətrinin önünə işarə qoyuruq:

4

Nəhayət səhifələrimiz sürətli yüklənməyə başlayacaqdır. Provayderin sizə təqdim etdiyi sürəti tam İnternetdə sörfinqlə istifadə edə bilərsiniz.

Qeyd: Dəyişikliklərin qüvvəyə minməsi üçün brauzeri yenidən başladın.

 

Bəs, lazım olan qoşmaları necə aktiv etməli?

Bunun üçün qoşmaların lazımlığı ilə bağlı bildiriş yaranır. Və siz onun üstünə klikləyərək kiçik pəncərəni aça bilərsiz. Daha sonra isə qoşmaya icazəni vermək üçün göstərilən sətiri aktiv edirik və “Hazır” düyməsinə klikləyirik.

5

 

 

Hörmətlə, Mirzə İskəndərov

Səs: +10. Bəyənilsin Zəifdir

Şərhlər ( 3 )

    • BlackAngel / . Dərc edilib:A 01/01/2015 at 4:20 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Təşəkkürlər Mirzə.Yararlı mövzudur.Çox sağol.

  1. fərq hiss oluna biləcək qədər var.təşəkkürlər

Şərh yazın