Photoshop-da Ctrl+Z əməliyyatı və ya icra edilmiş əməliyyatların ləğv edilməsi
Burada çoxlarının müxtəlif proqramlarda istifadə etdiyi “Ctrl+Z” kombinasiyalarından Adobe Photoshop CSS proqramında icrası ilə bağlı məlumatlar verilib.
lk öncə gəlin araşdıraq: “Ctrl+Z” nə üçündür?
Bu kombinasiyalar vasitəsilə Microsoft Office/Windows ƏS və ya digər paketlərə daxil olan bir çox proqramlarda, yükləyicilərdə, internet səhifələrində artıq icra edilmiş və qaytarılması çətinlik yaradacaq (məs. daxil etdiyiniz faylı unutmusuz və onu geriyə bir və ya bir neçə addımla qaytarmaq istədiyiniz zaman) obyektləri öz “əsl”* yerlərinə qaytarmaq üçün yararlanmaq olar. Bunun üçün Proqram və ƏS tərtibatçıları tərəfindən yekdil əlavə olunan funksiya istifadə olunur.
Amma Photoshop CSS-də belə bir funksiya tam deyildir. Yəni artıq yeri dəyişdirilmiş obyektin qaytarılması bir addımda mümkündür və növbəti dəfə “Ctrl+Z” kombinasiyaları seçildikdə artıq icra olunmuş parametr qayıdır. – Məna buradadır ki, proqramda “geriyə qaytar” funksiyası bir addım üçün işləyir ki, bu da əsas obyekti geriyə qaytarmağa imkan vermir.
Bəs, belə hallarda nə etməli?
Photoshop parametrlərində bunu icra edən tarixçə pəncərəsi mövcuddur. Pəncərəni aktiv edərək soft-a daxil olduğunuz zamandan indiki zamana qədər icra edilmiş əməliyyatları geri qaytara bilərsiniz.
“Tarixçə” pəncərəsi.
Pəncərəni açmaq üçün Photoshop-un yuxarı hissəsindən “Windows” menyusunun aşağı açılan seçimlərindən “History”nin üstünə klikləyin:
Açılan iş sahəsinin yuxarı sağ küncündə yaranan kiçik pəncərəyə diqqət edin (bizim halda bu bir qədər uzadılıb, pəncərənin aşağı hissəsindən uzatmaq mümkündür):
Burada aşağıdan yuxarıya kimi sonuncu əməliyyatlar göstərilib. Ən sonuncu aşağıda, əvvəl dəyişilmə isə yuxarıdadır. Yəni iki dəfə geriyə qayıtmaq üçün ikinci (aşağıdan) seçim aktivləşdirilir.
Bundan əlavə “Ctrl-Alt-Z/Ctrl-Shift-Z” kombinasiyalarının köməyi ilə sonuncu bir dəyişikliyi aradan qaldırmaq olur.
Beləliklə biz bu gün öyrəndik:
“Ctrl+Z” kombinasiyaları Photoshop CSS-də bir əməliyatı geriyə qaytarır;
“Tarixcə” vasitəsilə bütün əməliyyatları** geriyə qaytarmaq olur.
*ƏS-nin “yandırılmasından/sistemə giriş etdikdən/yuxu rejimindən çıxdıqdan” sonra olduğu ərazi;
**”PSD” formatda olan faylların bütün, amma yeni açılmış ən çox yayılan formatlarda olan şəkillərin son dəyişilmə aparılan əməliyyatlarını.
Hörmətlə, Mirzə İskəndərov