Bələdçini bağlayıb açdıqda, qaldığımız yerdən davam
Salam. Çox uzun aradan sonra yenidən dərs yazmaq fikrinə düşdüm və bu dərsimi tez-tez mənə ünvanlanan suallardan birinə həsr etmək istədim. Dərsliyin adı bu dərsliyini fikirləşmək bu dərsliyin özünü yazmaqdan daha çətin oldu mənə 🙂
Saytlara daxil olmaq üçün məlum məsələdir ki, internet bələdçidən istifadə edirik. Məsələn Microsoft məhsulu olan İnternet Explorer, Google məhsulu olan Chrome, Mozilla, Safari və s. və i. Bəzən olur ki, bələdçimizdə 10-larla TAB açıq vəziyyətdə olur. Bələdçimizi bağladığımız zaman, bütün bu tab-lar da bağlanır və növbəti dəfə bələdçini işə salanda artıq ağ səhifədən başlamış oluruq. Təsadüfən əlimiz dəyib bələdçini bağlasaq və açıq olan saytlardan vacib olanı yadda saxlamasaq, bu zaman bələdçini bağladığımız üçün o saytları da itirmiş oluruq və yeganə çıxış yolu bələdçinin History-də(arxivdə) eşələnib, o saytı tapmaqdır.
Mənim bir neçə dostum var ki, onların brauzerində az qala 50-60 sayt açıq olur və onlar hər dəfə bələdçini bağlayıb açanda eyni tabların orda olmasını istəyirlər. 🙂 Onları başa düşməkdə çətinlik çəksəm də, nəticədə bu istəklərini yerinə yetirmək texniki cəhətdən mümkündür.
1. İnternet Explorerdə bunu etmək üçün, İnternet Exploreri açırıq. Tools(Alt+X) menyusunu açmaq üçün sağ tərəfdəki bu işarənin üzərinə klikləyirik ya da Alt + X qısa yolundan istifadə edirik. Açılan menyudan İnternet Options -a klikləyirik.
2. Açılan dialoq pəncərədə StartUp bölməsindən “Start with tabs from the last session” qarşısına işarə qoyub OK düyməsini klikləyirik. Bundan sonra bizim bələdçidə bağlanmamışdan qabaq hansı saytlar açıq idisə, yenidən açdıqdığımız zaman həmən tablarda həmən saytlar açılacaq.
Google Chrome-da eyni əməliyyatı etmək üçün, sağ yuxarı tərəfdə oxla göstərdiyim Customize and Control Google Chrome düyməsini klikləyirik, açılan menyudan Settings-ə klikləyirik.
Açılan səhifədə “Continue where you left off“ qarşısına işarə qoyuruq. Bundan sonra Google Chrome bağlayıb açdıqda sonuncu istifadə zamanı hansı tablar açıq idisə, həmən tablar və saytlar açılacaq.
Mozilla bələdçisində eyni əməliyyatı yerinə yetirmək üçün, sağ tərəfdə Open Menu düyməsini klikləyib, açılan menyudan Options-a klikləyirik.
When Firefox Starts: “Show my windows and tabs from last time” seçib, OK əmri veririk. Beləliklə, Mozilla proqramında da, bağlayıb açdıqdan sonra qaldığımız yerdən davam etmiş olacağıq.
Şərhlər ( 3 )
Çox sağol Araz, həmişə ərinirdim bunu axtarmağa 😀
Buyur qardaş ))
cox saq ol qaqa mene cox komeyi oldu