Automatic Virtual Machine Activation
Automatic Virtual Machine Activation (AVMA) Windows Server 2012 R2 ilə gələn yeniliklərdən biridir. Bildiyiniz kimi Windows Server 2012 R2 Datacenter əməliyyat sisteminin üzərində virtuallaşdırma xidmətindən istifadə etdikdə virtual maşınlarda Windows Server 2012 R2 istifadə etmək üçün lisenziya məhdudiyyəti yoxdur. Bu zaman hər bir virtual maşında açarın daxil edilməməsi məqsədilə Automatic Virtual Machine Activation xidmətindən istifadə edə bilərik.
Automatic Virtual Machine Activation bizə aşağıdakı üstünlükləri verir:
1. Kənarda olan virtual maşınlarda lisenziyanın aktivləşdirilməsi
2. İnternet vasitəsilə və ya internet olmadan lisenziyanın aktivləşdirilməsi
3. Virtual server üzərindən virtual maşınlarda lisenziyalarla bağlı məlumatın izlənilməsi
AVMA istifadə etmək üçün virtuallaşdırma tətbiq edilən serverin əməliyyat sistemi Windows Server 2012 R2 Datacenter olmalıdır. Virtual maşınlarda isə Windows Server 2012 R2 Datacenter, Windows Server 2012 R2 Standard, və ya Windows Server 2012 R2 Essentials ola bilər.
Automatic Virtual Machine Activation istifadə etmək üçün aşağıdakı addımları icra etməliyik.
1. Windows Server 2012 R2 Datacenter əməliyyat sistemində Hyper-V xidməti istifadə edilməlidir.
2. Virtual maşınlarda yuxarıda qeyd olunan əməliyyat sistemlərindən biri istifadə edilməlidir.
3. cmd-yə daxil olaraq slmgr /ipk Açar əmrini icra etmək lazımdır. Virtual maşında istifadə olunan əməliyyat sistemlərinə uyğun olaraq aşağıdakı açarlardan istifadə edilə bilər. Məsələn virtual maşında Windows Server 2012 R2 Standard istifadə edilirsə, slmgr /ipk DBGBW-NPF86-BJVTX-K3WKJ-MTB6V əmri icra edilməlidir.
Əməliyyat sistemi | AVMA açarı |
Windows Server 2012 R2 Datacenter | Y4TGP-NPTV9-HTC2H-7MGQ3-DV4TW |
Windows Server 2012 R2 Standard | DBGBW-NPF86-BJVTX-K3WKJ-MTB6V |
Windows Server 2012 R2 Essentials | K2XGM-NMBT3-2R6Q8-WF2FK-P36R2 |
Şərhlər ( 2 )
salam bilmek olar bu proqram ne ise yarayir?
Bizə çox gərəkli oldu,təşəkkür