Exchange Server 2013 “in-place eDiscovery & hold”
Salam, Əziz Dostlar. Bu gün ki məqaləmizdə “Exchange Server 2013” üzərində “in-place eDiscovery & hold” funksiyasını aydınlaşdırmağa çalışacağıq.
Bu funksiya “Exchange Server” üzərindən göndərilən və qəbul edilən maillərin saxlanılması və lazım olduğu təqdirdə incələnməsi üçün istifadə olunur. Deyək ki, hər hansı bir istifadəçinin və ya bir neçəsinin və ya hamısının nə zaman, kimə mail göndərdikləri, nə zaman, kimdən mail qəbul etdiklərini araşdırmaq lazım oldu. Bu zaman “in-place eDiscovery & hold” funksiyasından istifadə edə bilərik.
Onu da xatırladaq ki, bu funksiyanı istifadə etmək üçün istifadəçi “Discovery Management” qrupunun üzvü olmalıdır.
Bunun üçün “permissions->admin roles” yolunu izləyərək “Discovery Management” qrupunu seçərək “Edit” deyirik.
Bu qrupa daxil olan funksiyaların idarəsi üçün bir istifadəçi təyin edilməmişdir. Ona görə də hətta “Administrator” belə bu hüquqa malik deyil. “Members” başlığı altından “+” işarəsini sıxaraq istifadəçimizi seçib “Save” deyirik. Yalnız bundan sonra qeyd etdiyimiz istifadəçi üçün “in-place eDiscovery & hold” funksiyasının idarə olunması mümkünləşəcək.
“Exchange Server 2013 “RBAC” (Role Based Access Control)” məqaləmizdə bu qrupları ətraflı şəkildə incələmişdik.
İndi isə “compliance management->in-place eDiscovery & hold” yolunu izləyərək yeni qaydamızı yaratmaq üçün “+” işarəsini sıxırıq.
Açılan pəncərədə bu qayda vasitəsilə istifadəçi “mailbox“-ları arasında axtarış etmə, statistik məlumatları görüntüləmə, maillərə ilkin baxış, nüsxəsinin alınması və nəticələri ixrac (export) edə biləcəyimiz haqqında məlumat verilir. İlk olaraq qaydamıza ad təyin edirik və istəyə uyğun olaraq “Description” bölümünə açıqlama yazırıq. “Next” deyərək davam edək.
Növbəti pəncərə mail ünvanlarını seçməli olduğumuz “Mailboxes” pəncərəsidir. Burada iki seçimimiz mövcuddur.
“Search all mailboxes” seçimi bütün istifadəçilər üzərin axtarışı təmin edəcək.
“Specify mailboxes to search” seçimi isə yalnız “+” işarəsini sıxaraq əlavə etdiyimiz istifadəçilər üzərində.
Biz bütün istifadəçi maillərinin görünməyini istədiyimiz üçün “Search all mailboxes” seçərək “next” deyirik.
In-Place Hold is a premium feature that requires an Enterprise Client Access License (CAL) – Bu funksiya CAL lisansı tələb etməkdədir.
“Search query” pəncərəsində axtarış kriteriyalarını təyin edə bilərik. Burada da iki seçimimiz mövcuddur. Birinci “Include all user mailbox content” seçərək, heç bir kriteriya daxil etmədən, istifadəçilərinin bütün mail məzmunlarının axtarışını təmin edirik.
İkinci olaraq “Filter based on criteria” (kriteriya əsasında filtrələmə) seçimi ilə kriteriyalar təyin edə bilərik.
“Keywords” – Açar Sözlər
Mail məzmununa görə axtarış üçün lazım olan söz və ya sözləri daxil edə bilərik. Yalnız bir kəlimə daxil edə biləcəyimiz kimi, “AND”, “OR”, “NOT” və “NEAR” operatorları vasitəsilə axtarışı daha geniş məzmunda edə bilərik.
“Specify start date” və “Specify end date” vasitəsilə zaman aralığına görə kriteriya təyin etmək mümkündür. (Təyin olunmuş tarixlərdə axtarış etmək üçün)
“From” və “To/CC/Bcc” başlıqları altında “add users” deyərək mailin kim və ya kimlər tərəfindən göndərildiyi və kim və ya kimlərə göndərildiyi kimi seçimlər etməyimiz də mümkündür.
“select message types” (mesaj tiplərini seç) düyməsini sıxsaq, mail tiplərinin seçilməsi üçün növbəti pəncərəmiz açılacaq.
Buradan da “Search all message types including ones that may not be listed below” seçsək, sıralamaya daxil olan və olmayan bütün mail tipləri axtarılar.
“Select the message types to search” seçimi ilə isə mail tiplərini aşağıdakı siyahıdan tələbə uyğun olaraq seçə bilərik.
Biz “Search query” pəncərəsində heç bir kriteriya təyin etməyərək, “Include all user mailbox content” seçərək, “next” deyirik.
“Hold Settings” (Saxlama parametrləri)
Bu parametrlər yalnız “Specify mailboxes to search” seçimi etdiyimiz zaman aktiv olar.
“This option isn’t available if you selected ‘Search all mailboxes’ on the Mailboxes page” – Məlumat pəncərəsində də bu öz əksini tapmaqdadır.
Bu xüsusiyyət sayəsində biz alınan məlumatların saxlama zamanını təyin edə bilərik: ” Hold indefinitely” – Müddətsiz olaraq saxlama, ” Specify number of days to hold items relative to their received date” – daxil etdiyimiz müddətdə saxlama.
“Finish” deyərək qaydanı yaratmış olduq.
Sağ paneldə “Status” başlığı altında hesablanmanın davam etdiyi bildirilir. “Estimate Succeeded” axtarışın uğurla tamamlandığını göstərir. Artıq nəticələrə baxa bilərik.
Bunun üçün şəkildən də gördüyümüz kimi, qayda seçili ikən “Preview search result” seçirik. (Bu zaman “OWA” üzərində “Administrator” hesabı açıq olmalıdır, əks halda sistem login olmağımızı tələb edəcək.) “Estimate search result” isə sorğunun yenidən işlənilməsini təmin edər. “Copy search results” seçimi vasitəsilə nəticələrin bir nüsxəsini “discovery mailbox“-da saxlaya bilərik. “Discovery mailbox” bəzi funksionallığı təmin edən xüsusi mailbox tipidir və “EAC” üzərindən idarəsi mümkün deyil. Nüsxəsi “Discovery mailbox” üzərinə alınmış nəticələrə baxmaq üçün həmin istifadəçinin bu mailbox üzərində icazəsi olmalıdır. Keçiddən ətraflı şəkildə baxa bilərsiniz: http://technet.microsoft.com/en-US/library/dd638177(v=exchg.150).aspx
Və budur, artıq təyin etdiyimiz kriteriyalara uyğun bütün maillər göstərilməkdədir.
Nəticələrin göndərilməsi və daha sonra incələnməsi üçün “Export to a PST file” seçərək “PST” faylı kimi saxlaya bilərik. (http://technet.microsoft.com/en-us/library/dn440164(v=exchg.150).aspx)
Bundan başqa “Edit” düyməsi vasitəsilə qaydamız üzərində dəyişiklik etməyimiz mümkündür.
“Sources” bölməsindən seçmiş olduğumuz “Mailbox“-ları, “search query” bölməsindən kriteriyaları, “In-place hold” bölməsindən saxlama xüsusiyyətlərini tənzimləyə bilərik.
Əlavə məlumat üçün: http://technet.microsoft.com/en-us/library/dd298021(v=exchg.150).aspx
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.