Exchange Server 2013 “Manage mail contacts”
Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “Mail Contact” -ın və “Mail User” -in nə olduğuna nəzər salacağıq. Bu məqalə ilə də “recipients” başlığı altında yer alan funksiyaların işlənməsini tamamlamış olacağıq.
Nədir “Mail Contact” və “Mail User” ?
Bildiyimiz kimi şirkət daxilində çalışan işçilər üçün mail ünvanları “Active Directory” üzərindəki istifadəçi hesabları ilə bir başa əlaqəli olurlar. (http://www.technet.az/2013/09/25/exchange-server-2013-mailboxdatabase-v%C9%99-mailbox/). Yəni istifadəçilərimiz eyni zamanda “Active directory” üzərində bir hesaba sahib olmalıdırlar. Həmin istifadəçilər şirkətimizin daimi işçiləridirlər.
Bəzi işçilər isə “outsource” olaraq çalışmaqdadırlar. Yəni həmin işçi həm “Active Directory” hesabına sahib olmalı, həm də bütün mailləri “external” mail ünvanına yönləndirilməlidir. Bu zaman “Mail User” köməyimizə gələ bilər. Əlbəttə ki, mail yönləndirmənin fərqli bir üsulu da vardır ki, o da yeni bir “rule” yaradaraq yönləndirilməni təmin etməkdir.
“Mail Contact” isə tamamən şirkət xarici mail qrupları üçün nəzərdə tutulmuşdur.
İlk öncə yuxarıdakı şəkildə göstərildiyi kimi “recipients->contacts” yolunu izləyərək, “+” işarəsini sıxıb yeni bir contact yaratmaq üçün “Mail Contact” seçimini edirik.
Uyğun sahələri doldurduqdan sonra, ki bu sahələr əvvəlki məqalələrimizdən tanış olduğu üçün açıqlamağa eytiyac görmürəm, “Save” deyərək contact-ı yaratmış oluruq. Burada “External email address” bölümünə də istifadəçinin şirkət xaricində olan mail ünvanını daxil edirik.
“Mail Contact” yaradılmış oldu. İndi isə “mailboxes” bölməsinə keçərək istifadəçimizə gələn mailləri xarici mail ünvanına yönləndirə bilərik.
Bu bölməni “Manage User Mailboxes” məqaləmizdə incələmişdik.
Yeni bir “Mail user” yaratmaq üçün isə “contacts” başlığı altında “+” işarəsini sıxaraq “Mail user” seçirik.
Bu pəncərə də bizə tanışdır. “External email address” bölümünə istifadəçimizin şirkət xarici mail ünvanını daxil edirik. Şəkildən də gördüyümüz kimi, bu istifadəçi “Active Directory” üzərində bir hesaba malikdir. “Browse” deyərək “Active directory” üzərində əvvəlcədən yaradılmış istifadəçimizi seçə və ya “New user” deyərək yeni bir istifadəçi kimi “Active Directory” üzərinə də əlavə edə bilərik.
İstər “Mail contact“-ın, istərsə də “Mail user“-in “Exchange server” üzərində heç bir səlahiyyəti yoxdur. Məsələn hər iki ünvan “owa“-ya daxil ola bilməz. “Mail user” isə “Active Directory” imkanlarından istifadə edə bilər.
Yaratmış olduğumuz “Mail contact” və ya “Mail user“-i disable (deaktiv) vəziyyətə gətirə bilərik. Bunun üçün həmin ünvan seçili ikən “More” seçib
“Disable” deyirik. Deaktiv olunmuş ünvan artıq siyahıda görünməyəcək. Yenidən aktiv hala gətirmək üçün “Exchange Management Shell” istifadə olunmalıdır. “Enable-MailContact” və ” Enable-MailUser” əmrləri vasitəsilə ünvanı yenidən aktiv edə bilərik.
Əlavə məlumat üçün: http://technet.microsoft.com/en-us/library/aa998858(v=exchg.150).aspx
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.
Şərhlər ( 1 )
Zehninə qüvvət.