Avadanlıqların zəmanət müddətinin yoxlanılması
Salam dostlar.
Bu məqalədə daha çox informativ xarakter daşıyan, lakin hələdə çoxlarının bilmədiyi mövzudan – İ.T Avadanlıqların zəmanət müddətindən danışacağıq.
Şirkət daxilində bir neçə vendordan və fərqli modellərdə avadanlıqların istifadə edilməsi qaçılmazdır. Bu avadanlıqların zəmanət müddətlərinin bitməsini texniki sənədləşmədə qeyd etmək, işi onsuz da başından aşan İ.T heyyəti üçün çətin məsələdir. Bu məsələdə köməyimizə vendorların zəmanət bazasından sorğular gəlir. Bəs bu sorğulamanı necə aparmaq lazımdır? – haqqında isə aşağıda tanış ola bilərsiniz.
İlk öncə Hewlett-Packard şirkətinin avadanlıqları üçün zəmanət müddətinin yoxlanılmasına baxaq. Aşağıdakı keçid vasitəsilə biz HP məhsullarının zəmanət müddətini yoxlaya bilərik.
Yoxlanış üçün avadanlığın üzərindəki Serial nömrəsi (S/N) və Məhsul nömrəsini (P/N) müvafiq xanalara yazırıq və axtarış veririk.
Gördüyümüz kimi bizim yazıcının zəmanət müddəti bitmişdir. Biz əlavə olaraq zəmanət müddətini bu keçidlə uzada bilərik.
Toshiba markalı avadanlıqları bu keçid vasitəsilə yoxlaya bilərsiniz. Yoxlanış üçün sadəcə seriya nömrəsi (S/N) kifayətdir.
Asus markalı avadanlıqların zəmanətini hesablamaq üçün heç bir onlayn resursa ehtiyac yoxdur. Sadəcə seriya nömrəsinə diqqət yetirmək kifayətdir.
Bu avadanlıqların beynəlxalq zəmanət müddəti seriya nömrəsinin yanındakı 12M və 24M ilə müəyyən olunur. 12M – 12 aylıq, 24M – 24 aylıq zəmanət deməkdir.
Məhsulun istehsal tarixi isə seriya nömrəsində göstərilmiş olur. Məsələn: E3N0CV475031143 24M
E3N0CV475031143 24M
Seriya nömrəsinin ilk simvolu istehsal ilini göstərir. (1-9=2001-2009-cu il., A=2010-cu il., B=2011-ci il., C=2012-ci il., D=2013-cü il., E=2014-cü il., F=2015-ci il.),
İkinci simvol isə istehsal ayını göstərir. (1-9 – yanvar-sentyabr, А-oktyabr, В-noyabr, С-dekabr).
Deməli, bizim Notebookun zəmanəti 2014-cü il Mart ayından başlayıb və 24 ay müddətinə qüvvədədir.
Zəmanət üzrə təmirin gedişatını isə bu keçidlə nəzarətdə saxlaya bilərsiniz.
Acer-in zəmanət müddətini və təmir gedişatını bu keçidlə izləyə bilərsiniz.
XEROX firması zəmanətin yoxlanılması sistemini Orta Şərq və Afrika ölkələri üçün aktiv etməmişdir. Digər ölkələr üçün isə bu keçiddən istifadə edə bilərsiniz.
Dostlar, güman edirəm ki, bu məqalədən yararlana biləcəksiniz. Məqaləyə zamanla yeniləmələr edə bilərik.
Fikirlərinizi yazmağı və məqaləni paylaşmağı unutmayın. Növbəti məqalədə görüşənədək.
Şərhlər ( 1 )
salam, kiçik şirkətlər üçün çox da istifadə edilməsədə böyük şirkətlərdə bu mühüm məsələdir. bunun üçün xususi programlar yazılımçılar tərəfindən yazılsa da (bizim şirkətdə ayrıca program hazırlanıb) sənin qeyd elədiyin bu üsul çox rahat üsuldur. paylaşımın ücün təşəkkür edirəm qardaş 🙂