Group Policy Map Drive
Salam Dostlar, bu məqaləmizdə sizlərə Group Policy ilə istifadəçilərə Map Drive etməyi öyrənəcyik. Map Drive`i istifadəçinin login olduğu kompüter üzərindən də edə bilərik. Amma GPO ilə biz bir dəfəyə bir neçə istifadəçiyə bunu tətbiq edə bilərik. Active Directory üzərində “IT” adlı OU açıram bunun içərisinə hansı istifadəçilərə Map Drive tətbiq etmək istəyirəmsə, həmin istifadəçiləri bura yığıram. Map Drive etmək istədiyimiz qovluq isə ilk öncə şəbəkə üzərində paylaşıma açılmalıdır.
Daha sonra isə GPMC daxil olub, “IT” OU`suna GPO tətbiq edirik.
Yuxarı şəkildə gördüyünüz kimi artıq GPO hazırdır. İndi isə bu GPO üzərində bizə lazım olan dəyişiklikləri etməliyik.
Şəkildəki yolu izləyərək, “Mapped Drive” bölməsinə daxil oluruq.
Açılan pəncərəni isə yuxarıdakı şəkildə işarə olunan kimi özünüzə uyğun qeyd edə bilərsiniz.
Burada “Location” bölməsinə hansı qovluğu paylaşmışıqsa və eyni zamanda hansı qovluğun ki, Map Drive olmasını istəyiriksə, onun yolunu qeyd edirik.
Bunlar etdiksə, artıq sınaqdan keçirdə bilərik. “IT” OU`da olan istifadəçilərin biri ilə kompüterə daxil oluram.
Şəkildən gördüyünüz kimi düəzltdiyim GPO istifadəçilərə tətbiq olunub.
Dostlar, bu məqaləmizin də sonuna gəldik.
Ümid edirəm ki, yararlı məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP
Şərhlər ( 1 )
Zehninə qüvvət qardaş. Çox adama lazım ola biləcək məqalədir. Allah razı olsun.