Group Policy ilə Proxy tənzimləmələri
Salam dostlar, bu məqaləmizdə biz Windows Server 2012`də GPO üzərindən, istifadəçilərimizdə proxy tənzimləmələrini edəcəyik.
Nəzərinizə çatdırım ki, Windows Server 2012`dən öncə (Windows Server 2008 & 2008 R2), GPO üzərindən proxy ayarlarını Internet Explorer Maintenance (IEM) üzərindən dəyişirdik, lakin Windows Server 2012`də IEM artıq yoxdur.
Windows Server 2012`də isə Proxy ayarlarını İnternet Explorer 10 üçün aşağıdakı şəkildə dəyişəcəyik. Group Policy Management konsolunu açıb, yeni bir GPO yaradaq. (mən “IE Proxy Settings” olaraq adlandırdım). Daha sonra isə həmən Policy üzərində sağ düymə, EDIT sıxaq. Burada
User Configuration-> Preferences->Control Panel Settings-> Internet Settings üzərində sağ düymə,
New->Internet Explorer 10 deyək.
Qarşımıza eyni ilə, İnternet Exploer 10`nun “Settings” pəncərəsi çıxacaq. Biz burada “Connections” pəncərəsinə keçib, daha sonra “LAN Settings” düyməsini sıxaq.
Proxy ayarlarını daxil etməyimiz üçün “Local Area Network (LAN) Settings” pəncərəsi qarşımızdadır. Buradan Proxy Server`imizi və Port ayarlarımızı daxil edib OK düyməsi ilə işlərimizi yekunlaşdırırıq.
Burada əsas diqqət etməmiz lazım olan məsələ, seçimlərimizin altında olan, yaşıl və qırıq-qırıq qırmızı xətlərdir. Bunlar həmin seçimin aktiv və ya deaktiv olmasını göstərir.
Gördüyünüz kimi biz İnternet Explorer 10`un Settings pəncərəsini açdıq və bizim məqsədimiz orada yalnız proxy ayarlarında dəyişiklik etmək idi. Açdığımız Settings pəncərəsində hansı menular yaşıldırsa, yalnız həmin menular (seçimlər) istifadəçilərə tətbiq olunacaq, yəni aktiv etdiklərimiz. Ona görə də biz, bütün menu`ları qırmızı yəni deaktiv edib, yalnız proxy ayarlarını yaşıl (aktiv) edəcəyik.
Nümunə üçün Advanced və General tablarını deaktiv edib göstərirəm.
Advanced TAB
General TAB
Menuları yaşıl (aktiv) və ya qırmızı qırıq-qırıq xətli (deaktiv) etmək üçün bu düymələrdən istifadə edin:
F5 – Enable all settings on the current tab – Tabda olan bütün menuları aktiv et.
F6 – Enable the currently selected settings – Seçilmiş menunu aktiv et.
F7 – Disable the currently selected setting – Seçilmiş menunu deaktiv et.
F8 – Disable all settings on the current tab – Tabda olan bütün menuları deaktiv et.
Əziz dostlar, yararlı olması ümidi ilə.
Şərhlər ( 4 )
Salam, bildiyim qeder bu usul Internet Explorerin ashagi versiyalari olan kompyuterlerde gecersizdir. GP-ler arasinde mueyyen uygunsuzluqlar var.
User Configuration-> Preferences->Control Panel Settings-> Internet Settings üzərində sağ düymə,
New-> burada aşağı versiyaları seçməklə, diger IE versiyaları üçün tənzimləmləri edə bilərsiniz…
salam , bəs İE 11?
Rəsmi məlumata əsasən deyə bilərəm ki, Internet Explorer 10 üçün olan tənzimləmər, İnternet Explorer 11 üçün də keçərlidir.
Bu linkdə, Note hissəsinə diqqət edin.
https://support.microsoft.com/en-us/kb/2898604?wa=wsignin1.0
Qeyd: Forumda sualınıza cavab yazmışam, bu sual barədə müzakirələrənizi sual-cavab bölməsində davam etdirməyinizi xahiş edirəm.