Exchange Server 2013 “Outlook Web App policies”
Salam, Əziz Dostlar. Əvvəlki məqaləmizdə söz verdiyimiz kimi bu gün “OWA” üzərindəki tənzimləmələrə məhdudiyyətlərin tətbiqindən danışacağıq. Yəni “Outlook Web App policies” haqqında.
Bildiyimiz kimi default tənzimləmələrdə istifadəçiyə “OWA” üzərində bir xeyli imkan təqdim olunmaqdadır. Yəni istifadəçi istəyinə uyğun olaraq “OWA” üzərində görünüşü, şifrəsini və sairə bu kimi konfiqurasiyalara müdaxilə edə və dəyişə bilər. Bu günki məqaləmizdə bu məhdudiyyətlərin tətbiqindən söhbət açacağıq. Əvvəlcə istifadəçinin “OWA” üzərindəki hüquqlarına nəzər salaq. (Hər səhifənin şəklini çəkmək mümkün olmadığı üçün, əsas “Change password” (şifrə dəyişmə) xüsusiyyətinə diqqət yetirəcəyik)
İndi isə “Exchange Admin Center” üzərində “permissions->Outlook Web App policies” yolunu izləyərək başlayaq.
Gördüyümüz kimi burada da default olaraq qayda yaradılmış və bütün istifadəçilərə tətbiq olunmuşdur. Həmçinin bu qayda vasitəsilə demək olar ki, mümkün icazələrin hamısı verilmişdir. “Default” seçili ikən “Edit” deyərək tənzimləmələrə baxa bilərsiniz.
“+” işarəsini sıxaq və yeni qaydamızı yaratmağa başlayaq.
Həmişəki kimi ilk olaraq qaydamıza ad təyin edirik. Artıq hansı xüsusiyyətlərin deaktiv olmasını istəyiriksə, həmin xüsusiyyətin adı qarşısındakı qutucuğu boşaldırıq.
Əvvəlcə “More options” deyərək menyunu genişləndirək.
“Communication management” (əlaqələrin idarə olunması) başlığı altında əlaqə parametrlərini təyin edirik.
Instant messaging – anlıq mesajlaşma
Text messaging – mətn mesajlaşması
Unified Messaging – bu xüsusiyyət aktiv edilərsə, istifadəçi səs və faks mesajlarını qəbul edə bilərlər.
Exchange ActiveSync – vasitəsilə mobil cihazlardan istifadə etmək mümkünləşər
Contacts – kantakların istifadə edilməsi
Mobile device contact sync – işarələnərsə, istifadəçilər mobil cihaz üzərindəki kontaktları da istifadə edə bilərlər
All address lists – bütün ünvan listi
Şəkildən də göründüyü kimi Biz burada sadəcə dörd hissəni aktiv hala gətirmişik.
“Information management” (informasiyaların idarə olunması)
Journaling , Notes – Əgər bu qutucuqlar işarələnərsə, Journal və Qeydlər qovluğu “owa” üzərində görünər.
Inbox Rule – vasitəsilə istifadəçi “owa” üzərində xüsusi qaydalar yarada və idarə edə bilər.
Recover deleted items – seçilərsə, istifadəçi “owa” üzərində silinmiş obyektləri görə və geri qaytara bilər
“Security” başlığı altında iki seçimimiz mövcuddur:
Change password – şifrələrin dəyişilməsini təmin edən xüsusiyyətdir, göründüyü kimi biz bunu ləğv edirik ki, istifadəçi hesab şifrəsini dəyişməsin.
Junk email filtering – aktivləşdirilsə, istifadəçilər lazımsız mail filtrələmələri həyata keçirə bilərlər.
User experience:
Themes – Mövzu dəyişikliyi mümkün olacaq
Premium client – Bu qutucuq işarələnərsə, istifadəçi standart “OWA”, əks halda isə daha sadə versiya (light version) istifadə edəcək.
Email signature – bu xüsusiyyət vasitəsilə istifadəçilər şəxsi imza yarada və istifadə edə bilərlər
Time management (zaman idarə olunması)
“Calendar” və “Tasks” qutucuqları işarələrsə, “owa” üzərində təqvim və tapşırıqlar paneli istifadə oluna bilər.
Reminder and notifications – vasitəsilə mail bildirişləri və təqvim xatırlatmaları aktiv edilə bilər
“Select how users can view and access attachments from public or private computers” – istifadəçilərin hər kəsə açıq (public) və ya xüsusi (private) komputerlər üzərindən qoşmalardan istifadə icazələrini bu bölmədən təyin edə bilərik.
Direct file access – Əgər qoşmalar üzərindəki fayllara bir başa girişi təmin etmək istəyiriksə bu qutucuğu işarələməliyik.
WebReady Document Viewing – browser üzərində dəstəklənən fayl tiplərinin HTML formata çevrilməsi və görünməsi təmin olunacaq
Lazım olan tənzimləmələri etdikdən sonra “Save” deyərək qaydamızı yaratmış oluruq.
Qaydamız seçili ikən “Edit” deyərək dəyişiklik apara bilərik.
Həmçinin offline müraciəti də konfiqurasiya edə bilərik. (Əlavə məlumat üçün : http://blogs.technet.com/b/exchange/archive/2012/11/06/offline-access-in-outlook-web-app-2013.aspx)
İndi isə qaydamızı istifadəçilərdən birinə tətbiq edək. Bunun üçün “recipients->mailboxes” yolunu izləyərək tətbiq etmək istədiyimiz istifadəçini seçib “Edit” deyirik.
“Mailbox features” bölümünə keçib, “Email Connectivity” başlığı altından “View details” seçirik. (İstifadəçilərə qaydaların tətbiqi haqqında Exchange Server 2013 “Manage User Mailboxes” məqaləmizdə geniş məlumat vermişdik. )
“Browse” deyərək yaratmış olduğumuz qaydanı seçirik.
“Save” deyərək qaydamızın tətbiqini həyata keçiririk.
Qaydamızı tətbiq etmədiyimiz istifadəçi öz hesabına daxil olaraq şifrəsini dəyişə bilər. (İlk şəkildə göstərilmişdir)
Tətbiq etdiyimiz istifadəçi hesabında isə bu funksiya qaldırılmışdır.
Ətraflı məlumat üçün: http://technet.microsoft.com/en-us/library/dd335142(v=exchg.150).aspx
Bu menu altında olan funksiyaları da bacardığım qədər açıqlamağa çalışdım.
Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.