Exchange 2013 “Role Assignment Policy”
Salam, Əziz Dostlar. Bu məqaləmizdə “permission” altında “User roles” bölməsinə nəzər salacağıq. “Exchange Server 2013 “RBAC” (Role Based Access Control)” məqaləmizdə digər istifadəçilər üçün idarəetmə hüququ vermişdik. Bütün bu tənzimləmələri isə “Admin roles” bölməsindən həyata keçirmişdik. İndi isə istifadəçi hüquqlarına nəzər salaq. “User roles” və “Outlook Web App policies” üzərində yaratdığımız qaydalar, istifadəçilərin öz hesabları üzərindəki hüquqlarını tənzimləyəcək. Bunun üçün ilk olaraq “permissions->user roles” bölməsinə keçid edək. “Outlook Web App policies” isə gələcək məqaləmizin mövzusu olacaq.
Gördüyümüz kimi burada default olaraq “Default Role Assignment Policy” qaydası tətbiq olunmaqdadır. Tələbə uyğun olaraq bu qayda üzərində dəyişiklik edə bilərik. Amma yaxşı olar ki, yeni bir və ya bir neçə qayda yaradaq. Çünki hər istifadəçi üçün tələblər başqa ola bilər.
Yeni qayda yaratmaq üçün “+” işarəsini sıxırıq.
İlk olaraq “Name” bölümündən qaydamıza ad təyin edirik. Xatırlatma üçün “Description” sahəsini də doldurmağınız məsləhətdir.
“Contact information” bölümünü işarələsək istifadəçiyə əlaqə məlumatlarını dəyişdirmə hüququ vermiş olacağıq: Ünvan, telefon, şəxsi informasiyalar. Bu üç seçimdən birini və ya ikisini də ayrılıqda seçmə imkanımız mövcuddur. Mən buradan sadəcə olaraq “My addressInformation” və “MyMobileInformation” bölümlərini işarələyərək, əlaqə və ünvan məlumatlarını dəyişmə hüququnu tətbiq edirəm.
“Profile information” bölümündə isə “MyDisplayName” (görünən adım) və “MyName” (adım) məlumatlarını dəyişmə imkanı verə bilərik. Mən bu sahəni də işarələmədən keçirəm. Çünki bu məlumatların istifadəçi tərəfindən dəyişdirilməsini istəmirəm.
Növbəti seçimimiz “Distribution group“-larla bağlı olacaq. “MyDistributionGroups” seçimi ile istifadəçiyə qrup yaratma və idarə etmə hüququ verə bilərik. “Distribution group memberships” bölümündə “MyDistributionGroupMembership” qutucuğunu işarələsək, istifadəçi üzv olduğu qrupları dəyişə və ya başqa qruplara üzv olma imkanına sahib olacaq.
Other roles:
” My Custom Apps” və ” My Marketplace Apps” seçimləri ilə xüsusi və market app-lərinin istifadəsini və idarəsini mümkün edə bilərik.
” MyBaseOptions” – bu seçim istifadəçilərə öz mailbox-ları üzərində baza tənzimləmələri etməsinə imkan verir.
“MyRetentionPolicies” – Retention taglar və qaydaları haqqında geniş məqaləmiz olmuşdur. Bu seçimlə istifadəçinin saxlama siyasəti tətbiq etməsinə icarə verir. Bax: Exchange Server 2013 “Retention Policies”.
“MyTextMessaging” – bu xüsusiyyət mobil avadanlığa notifications (bildiriş) göndərilməsi üçün istifadə olunur. Əgər işarələsək, istifadəçi bu tənzimləmələrdən yararlana biləcək.
“MyVoiceMail” – səsli mail, “MyDiagnostics” – diaqnostik məlumatların əldə olunması, “MyTeamMailboxes” – Site mailbox yaratma və istifadə olunursa Share Point ilə əlaqələndirmə imkanları verməkdədir.
Son olaraq “Save” deyərək qaydamızı yaratmış oluruq. Qaydamızı istifadəçilərə tətbiq edək.
Bunun üçün “recipients->mailboxes” yolunu izləyərək tətbiq etmək istədiyimiz istifadəçini seçib “Edit” deyirik. (Exchange Server 2013 “Manage User Mailboxes” məqaləmizdə geniş izah olunmuşdur)
“Mailbox features” bölməsindən “Role assignment policy” başlığı altından yeni yaratmış olduğumuz qaydanı seçərək “Save” edirik.
Qaydamızın işlək olub olmamasını yoxlayaq. Bunu üçün qaydamızı tətbiq etdiyimiz istifadəçi hesabı ilə OWA üzərindən login olaq.
Tənzimləmələrə keçid etmək üçün “Options” seçirik. Qaydamızı tətbiq etmədiyimiz istifadəçi ünvanına daxil olsaq, tənzimləmələrdəki fərqlərə nəzər salaraq yaratmış olduğumuz qaydanın işlək vəziyyətdə olduğundan əmin ola bilərik.
Xatırladaq ki, digər istifadəçilərə default olaraq yaradılmış qayda tətbiq olunmaqdadır.
Əlavə məlumat üçün: http://technet.microsoft.com/en-us/library/dd335131(v=exchg.150).aspx
“OWA” ilə bağlı digər tənzimləmələri “permissions-> Outlook Web App policies” yolunu izləyərək idarə edəcəyik. Əlbəttə ki gələn məqaləmizdə.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.