Group Policy`də Chrome .ADM fayllarının əlavə olunması

Salam Dostlar, bu məqaləmizdə GPO ilə Chrome`u necə idarə edə bilərik, onu öyrənəcəyik. Bildiyiniz kimi GPO ilə çox asanlıqla İE`ni idarə edə bilirik, istədiyimiz dəyişiklikləri İE üzərində edirik. Ancaq bir çox istifadəçilərimiz eyni zamanda Chrome istifadə edir, əfsuslar olsun ki, buna müdaxilə edə bilmirik. Amma artıq bunun üzərində də dəyişikliklər edə bilərik. Təbii ki, GPO`nu istifadə edərək. Bunun üçün biz Chrome`un ADM fayllarını yükləyib, GPO`ya daxil etməliyik. GPO`nun nə iş gördüyünü bilirik, bəzi proqramlar olur ki, onlar üçün tənzimləmələr GPO`nun daxilində olmur. Nümunə üçün Chrome`u qeyd edə bilərik. Bunlar üçün biz ADM fayllarını istifadə edirik.

Chrome üçün ADM fayllarını aşağıdakı keçiddən yükləyə bilərsiniz:

Google Chrome .ADM

Orada .ADM və .ADMX faylları görə bilərik. Qısa olaraq bunlar haqqında məlumat verim. .ADM faylları Windows Server 2008`dən əvvəllər istifadə olunurdu. .ADMX faylı isə ilk dəfə Windows Server 2008`də təqdim olundu. Kobud şəkildə desək, .ADMX faylı .ADM faylının yeni versiyasıdır.

Bu məqalə sınaq mühitində yazıldığı üçün mən ümumi domain adına tətbiq olunan GPO düzəldib, onun üzərində dəyişiklik edəcəm, İnşAllah.

Daha sonra User Configuration/Policies/Administrative Templates üzərinə gəlib, mouse`un sağ düyməsini sıxıb, Add/Remove Templates seçirik. Açılan pəncərədə isə ilk olaraq Chrome .ADM faylını seçib əlavə edirik. Chrome .ADM faylı bu yerdə yerləşir: Windows\ADM\en-US

Əlavə etdikdən sonra Computer Configuration və User Configuration`da yerləşən Administrative Templates altına Chrome aid policy`lərin gəldiyini görə bilərik.

Dostlar, bu məqaləmizin də sonuna gəldik.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT, MVP

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərhlər ( 1 )

  1. tesekkur edirem

Şərh yazın