BOOT sıralaması
İşə salma düyməsi(power düyməsi) basıldıqdan sonra əməliyyat sisteminin yüklənib, istifadəyə hazır olduğu ana qədər bilgisayar bir çox daxili prosesləri yerinə yetirir. Bu proseslərə “Boot Process” deyilir. Boot sözü bootstrap sözündən götürülüb. “Lap başdan işə salmaq” anlamına gəlir. Boot prosesi bilgisayarın BİOS(basic input-output system)’u tərəfindən idarə edilir. BİOS bilgisayarın ana platası üzərində olan flash yaddaş çipinin içində yerləşən proqram təminatıdır. BİOS bəsit tənzimləmə interfeysi vasitəsi ilə bilgisayarın ibarət olduğu hardware-ni idarə etmək olur. Məsələn həmin interfeys vasitəsi ilə, bilgisayar işə düşərkən, disklərin oxunma ardıcıllığını(BOOT Order) və ya CPU-nun işləmə sürətini təyin edə bilərik. Bəs Bilgisayarınızın BİOS interfeysinə necə keçək? Əvvəla tövsiyyə olunur ki, Bilgisayarın üzərində gələn əl kitabçasına(Manual, Documentation) göz gəzdirəsiniz. Bilgisayar işə düşən zaman ilk açılan səhifənin ən alt hissəsində “Press Del to Enter Setup Menu” deyə bir yazı qeyd olunur. Bu zaman Delete düyməsini həmin an basaraq, biz BİOS İnterfeysə daxil ola bilərik. Normalda bir çox istehsalçı standart olaraq Delete və F2 düymələrini BİOS-a daxil olmaq üçün təyin edir. Əgər sizin bilgisayarda “Del” və ya F2 düyməsi ilə BİOS-a daxil olmaq olmursa, o zaman sıra ilə (ESC, F1, F8 vəya F10) yoxlaya bilərsiniz. Təbii ki, hər dəfə yenidən başlatmaq(restart etmək) lazım gələcək, ta ki, BİOS interfeysinə keçənə qədər. Bəzi bilgisayarlarda həmin, “Press Del to Enter Setup Menu” yanında, Press F12 for Boot Menu tipli ismarıc olur. Bu kəsdirmə yoldan, bizim işimizi rahatlaşdırır və BootMenu-a bir başa daxil olub, işə salmaq istədiyimiz resurs mənbəyini(hdd, cd/dvd/usb) seçirik.
Gəlin bilgisayarın işə salmaq düyməsi basıldıqdan sonra gedən proseslərə baxaq.
- İşə salmaq düyməsi basıldıqda ana plata və digər bilgisayar hissələrinə elektrik enerjisi göndərilir.
- Bilgisayar POST(power-on self-test) əməliyyatını həyata keçirdir. POST BİOS-da yerləşən və bilgisayarı təşkil edən hissələrin işləyib və ya işləmədiyini yoxlayan proqramdır. POST mərhələsindən sonra bir dəfə “bip” səsi gəldikdə hər şey qaydasında, davamlı müəyyən ardıcıllıq və sayla gələn “bip” səsi isə hər hansı hissədə problemin olmasından xəbər verir. Bunun sayəsində bilgisayar ustaları problemi təyin edə bilirlər. (Qeyd: Bəzi bilgisayarlarda ümumiyyətlə POST-dan sonra səs gəlməyə bilər.)
- Daha sonra ekranda BİOS istehsalçısı, prosessor, RAM və digər hissələr haqqında informasiya görünəcək.
- BİOS diskin ilk sektorunda yerləşən bootstraploader və ya bootloader proqramını RAM-a köçürüb işə salır. Bootloader proqramı bilgisayarın əməliyyat sistemini işə salır. Beləcə Bilgisayar istifadəmizə hazır olur.
Bəs yaxşı, əgər bizim bilgisayarın hard diskində əməliyyat sistemi yoxdursa, və ya biz mövcud əməliyyat sistemini müxtəlif səbəblərdən silib, yenidən yazmaq istəyiriksə, nə etməliyik? Windows Əməliyyat Sisteminin quraşdırma diskini optik oxuyucu ya yerləşdirdikdən sonra, necə edək ki, bilgisayar həmən diski işə salıb, quraşdırma işlərinə başlasın? Axı normalda diski qoyub, işə salsaq da, quraşdırma başlamır?! Bundan öncə hazırlamış olduğum Windows 7 əməliyyat sisteminin qurulması Video dərsliyimə ən çox Boot mərhələsi ilə bağlı sual verilib. Yuxarıda qeyd etdik ki, BİOS disklərin oxunma ardıcıllığını tənzimləyə bilir. Biz BİOS-a daxil olub, bilgisayarın POST mərhələsindən sonra, hansı diskdəki proqramı işə salacağına qərar verə bilərik. Normalda bizim bilgisayarın HDD-i ən üstdə və ya ilk sırada yerləşir. Bunun nəticəsində əgər diskdə Əməliyyat sistemi varsa, bilgisayar işə düşəndə HDD müraciət edir və Əməliyyat Sistemini işə salır. Əgər Əməliyyat sistemi yoxdursa, o zaman qara səhifədə bizə Əməliyyat sisteminin olmadığı haqqında ismarıc verir.
Biz hər hansı optik diskdən(cd/dvd), external disk və ya flash diskdən başlatmaq istəyiriksə, BİOS-dan bunu edə bilərik. Necə? Bunun üçün:
1. BİOS-a daxil olmalı.
BOOT bölməsinə daxil olmalı.
BOOT DevicePriority bölməsindən, sıralamanı dəyişməliyik. BİOSlar istehsalçıdan, istehsalçıya fərqlənə bilir. Amma işləyiş məntiqləri eynidir. Sağ tərəfdə İtem Help bölməsini diqqətlə oxusanız, həmən səhifədə əməliyyatları necə edəcəyinizibiləcəksiniz. Məsələn: Bəzi bioslarda + və – işarəsi ilə BootSıralamasını dəyişmək olursa, bir başqasında Enteri basaraq, seçim etmək lazım gəlir.
FirstBootDevice – seçdikdən sonra Exit bölməsinə keçib, F10 Save And Exit əmri verib çıxır. Fərz edək ki, FirstBoot CD/DVD seçmişik, SecondBoot HDD.
Restart getdikdən sonra, bilgisayar işə düşəndə ilk olaraq Optik oxuyucumuza müraciət edir, əgər içində disk varsa, işə düşür, yox içində disk yoxdursa, ikinci sırada olan HDD-ə keçəcək.
QEYD: İstehsalçıya görə BİOS strukturu nisbətən fərqlənə bilər. Məntiq eynidir. BİOS-a daxil olmalı, BOOT bölməsinə keçib, oxuma sıralamasını dəyişmək lazımdır.
Ümidvaram ki, bu dərslik faydalı olacaqdır. Gələn dərslərdə görüşmək ümidi ilə. Uğurlar 🙂
Şərhlər ( 5 )
Ilk öncə Salam və mövzuya görə təşəkkür! Bilgisayarın işə salmag düymesinin basılması ilə başlanan prosserin izahından sonrakı sıralamada regemlər elə 1 (bir) olaraq qalıb.
Bes bios olmayan yəni yeni win8 ilə olan noutbuklarda bu prosses nece olur??
Salam Mirzə bəy, şərhə görə təşəkkür edirəm. Mətndəki 1lərlə səhvlik aradan qaldırıldı.
Sualınızın cavabı üçün ayrıca dərslik hazırlayıb paylaşdım. Bu keçiddən baxa bilərsiniz.
http://www.technet.az/2014/07/06/boot-siralamasi-windows-8-1/
Salam . Mən technet üzvlərinin Azərbaycan dilinə çox həssas yanaşdığını bilirəm. Bizim dildə kompüter sözü varkən nə üçün Bilgisayar sözü işlədirsiniz?!
Salam Emin bəy.
Azərbaycan türkçəsinə tamamən uyğundur Bilgisayar söz. Kompüter sözünü də digər terminlər kimi, tərcümə edə bilmədiklərinə, söz yaradıcılıqları 0 olduğuna görə olduğu kimi dilimizə “sırıyan” aidiyyatı orqanların işini bəyənmirəm. Düşünürəm ki, çox yanlış qərardır.
Mən Bilgisayar sözünü bəyənir, istifadə edirəm, bunu doğru hesab edirəm 🙂 Əmin olun ki, mənim doğma Azərbaycan türkçəmə, bilgisayar daha çox yaraşır, daha çox xeyirdir nəinki KOMPÜTER.
Hörmətlə.
Salam. Yararlı məqalədir. Təşəkkür edirəm.