Forest və Domain Functional Level`i downgrade etmək

Salam Dostlar, bildiyimiz kimi Forest və Domain Functinal Leveli yuxarı qaldırırıqsa, bunu aşağı salmaq olmur. Amma Windows Server 2012`də bunu  powershell üzərindən aşağı salmağı öyrənəcəyik. Bunun üçün ilk öncə powershell üzərində aşağıdakı əmri yazırıq:

Import-Module –Name ActiveDirectory

1

Bundan sonra isə hal-hazırdakı Forest və Domain Functional Level`lərimizi aşağıdakı əmrləri yazaraq öyrənirik.

Get-ADForest | Format-Table Name, ForestMode

Get-ADDomain | Format-Table Name, DomainMode

2

3

Gördüyümüz kimi hal-hazırdakı Forest və Domain Functional Level`lərimiz Windows Server 2012`dir. İndi isə aşağıdakı əmrləri icra edərək, Forest və Domain Functional Level`lərimizi aşağı salaq.

Set-ADForestMode domain.local Windows2008R2Forest

Set-ADDomainMode domain.local Windows2008R2Domain

4

5

Yuxarıdakı əmrləri icra etdikdən sonra bir daha powershell və qrafik interfeysdən Forest və Domain Functional Level`lərimizi yoxlayaq.

6

7

8

Yuxarıdakı nəticələrdən gördüyümüz kimi artıq Forest və Domain Functional Level`lərimiz Windows Server 2008 R2`dir.

Düşünürəm ki, yararlı bir məqalə oldu.

Növbəti məqalələrdə görüşənə qədər…

Bu məqalə yazılarkən bəzi əmrlər blogs.technet.com`dan istifadə olunub.

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT

 

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın