GPO ilə Task Scheduler tətbiq etmək

Salam Dostlar, bu məqaləmizdə GPO ilə Task Scheduler tətbiq etməyi öyrənəcəyik, İnşAllah! İlk öncə düşünək ki, qarşımızda belə bir tələb var. Biz istəyirik ki, hər gün bizim şirkətdə olan kompüterlər müəyyən etdiyimiz vaxtda sönsün. Bunu Task Scheduler ilə edə bilərik. Ancaq düşünək ki, şirkətimizdə 100-150 kompüter və ya daha çox kompüter var. Bu zaman bunu mərkəzdən GPO ilə edəcəyik. Bunu üçün ilk öncə aşağıdakı kimi bir script yazırıq. Bunu notepada yazıb və .CMD olaraq yaddaşa veririk. Sonra bu scripti bir qovluq paylaşıb, ora yerləşdiririk.

 

11

 

Daha sonra kompüterlər yerləşən OU`ya bir GPO tətbiq edirik. Şərti istədiyimiz adı veririk və şəkildə gördüyümüz yerə gəlirik.

22

 

Scheduled Tasks üzərində mouse`un sağ düyməsini sıxıb, açılan menyudan “Scheduled Task ( At Least Windows 7 ) seçirik.

33

 

Şəkildə gördüyümüz yerləri doldururuq. Xüsusilə diqqət etməli olduğumuz yer, istifadə etdiyimiz istifadəçidir. Bu administrator hüquqlu istifadəçi olmalıdır.

44

Sonra “Trigger” bölməsində istədiyimiz zamanı qeyd edirik. Mən aşağıdakı kimi qeyd etmişəm.

55

“Actions” bölməsində isə qovluqda paylaşdığımız scripti seçirik.

66

Bütün bunları etdikdən sonra “OK” düyməsinə sıxıb, pəncərələri bağlayırıq. Daha sonra gpupdate /force edirik. Sonra istifadəçi ƏS üzərinə gəlib, Task Scheduler proqramını açırıq və tətbiq etdiyimiz Task`ın burada olduğunu görürük.

77

 

Düşünürəm ki, yararlı bir məqalə oldu.

 

Növbəti məqalələrdə görüşənə qədər…

 Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın