“AzRoboHack” robot proqramlaşdırma yarışı keçiriləcək
“AzRoboHack” Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atmışdır.
Lahiyənin məqsədi:
- Azərbaycan univerisitetləri arasında bir ilkə imza atmaq
- Azərbaycan tələbəsinin potensialını ortaya qoymaq
- Tələbələrin az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək
- Tələbələrin robototexnikaya olan marağını artırmaq
- Ölkədə bu sahəyə olan diqqəti artırmaq
- Universitetimizin bu sahədə əldə etdiyi potensialı göstərərək digər universitetləri də bu sahədə bizimlə rəqabətə səsləmək
Vacibli tarixlər
- Qeydiyyat: 14 – 27 Aprel
- Seçim müsabiqəsi (Online): 28 -29 Aprel
- Qəbul haqqında məlumat:30 Aprel
- Təlimlər: 3 – 4 May
- Final: 5 – 6 May
Qeydiyyat formasını dolduraraq layihədə iştirak edə bilərsiniz.
Layihədə iştirak şərtləri:
- Layihədə bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər.
- Hər komandanın iki üzvü ola bilər.
- Qeydiyyatdan keçmiş komanda üzvləri eyni universitetdən olmalıdırlar.
- İştirakçıların minimum riyazi məntiq və proqramlaşdırma bilikləri olmalıdır – bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 28 – 29
- Aprel tarixlərində keçiriləcək online seçim müsabiqəsində iştirak etməlidirlər.
Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final müsabiqəsində iştirak edə biləcəklər.
Təlimlər
Təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara aşağıdakı mövzularda seminarlar veriləcək:
- Robot və robototexnika, hakaton və AzRoboHack anlayışları
- yarışda maddi-texniki baza kimi istifadə edilən Lego MINDSTORMS NXT 2.0 kitləri və bundan istifadə imkanları
- Lego kitlərinin vizual proqramlaşdırılması
- Java proqramlaşdırma dilindən istifadə edərək Legoların leJOSda proqramlaşdırılması
- Yarış günü, yarışın şərtləri və qiymətləndirmə meyarları
Final
Yarış 2 gün – 5 may bütün gün və 6 may günorta saat 10:00-a qədər davam edəcəkdir. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlayacaqlar. Əsas məqsəd ölkəmizdə bu ilin sənaye ili olmasını prioritet məsələ kimi dəyərləndirməkdir.
Qiymətləndirmə
Hazırlanmış robotlar aşağıdakı göstəricilərinə görə qiymətləndiriləcək:
- yenilikçilik
- sənayeyə olan faydası
- ətraf mühitə olan faydası
- ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri
- robotun dizaynı, işinin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi.
Mükafatlandırma və sərgi
Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar:
- Birinci yer – 500 AZN və sertifikatlar
- İkinci yer – 300 AZN və sertifikatlar
- Üçüncü yer – 200 AZN və sertifikatlar
Digərlər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar veriləcək.
Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisi keçiriləcəkdir.