Active Directory Real LAB II | 19 Aprel 2014

Dəyərli dostlar !

19.04.2014-cü il tarixdə qrupumuzun Active Directory Real LAB II adlı növbəti təqdimatı olacaqdır.  Laboratoriya əsaslı təqdim olunacaq bu seminarımızda əldə edəcəyiniz nəzəri bilikləri birbaşa tətbiq etmək imkanına malik olacaqsınız.

AD-DS-19.04.2014

Mövzular : Windows Server 2012 R2 – Active Directory

– Arxitekturası
– Dizayn və tətbiq metodları
– DC sazlanması
– ADC sazlanması
– Operations Master rollar haqqında
– Migration (2008R2- 2012R2)
– Seizing
– Demoting

Məruzəçilər:

Elgüc Yusifbəyli (MVP)
Turqut Vəliyev (MCSA)

Ünvan: Azərbaycan Memarlıq və İnşaat Universiteti, I korpus, auditoriya 108

Tarix: 19 Aprel 2014 (14:00-17:00)

Seminarda iştirak etmək üçün tələblər

1. Özünüzlə birlikdə komputerinizi gətirməyi unutmayın, komputeriniz aşağdakı minimum tələblərə cavab verəcək şəkildə olmalıdır. Digər təqdirdə qeydiyyatınız təsdiqlənməyəcək.

4 gb RAM

– Disk üzərində 80 gb boş sahə.

– Qurğu 64 bit platformanı dəstəkləməlidir. Necə dəqiqləşdirə bilərəm ?

Bu kiçik həcmli proqram sizə köməkçi olacaq. Yüklə

Nəticə aşağdakı kimi olmalıdır. Əgər yoxlamqda çətinlik çəksəniz CPU modelini qeydiyyat zamanı düzgün qeyd etməyiniz yetərli olacaq.

01

Qeydiyyat üçün aşağdakı məlumatları [email protected] adresinə göndərməyiniz xahiş olunur.

– Ad, Soyad

– Əməliyyat Sistemi (növu), RAM (həcmi), CPU (model)

Qeyd: Seminar ödənişsizdir.

Qeydiyyat bitib !

Uğurlar


Şərhlər ( 6 )

    • Balaş / . Dərc edilib:A 17/04/2014 at 9:43 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam çox istərdim qatılam mən də ancaq indi gördüm və gec oldu. Sizin təlimlərinizə qatılmaq istərdim.

  1. Salamlar,

    Balas bəy sizin adınızı mail qrupa daxil etdik. Əgər komputerinizi sazlamağa vaxt çatmasa dinləyici kimi iştirak edə bilərsiniz.

    Uğurlar

    • Elnur+Taghiyev / . Dərc edilib:A 17/04/2014 at 3:42 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam menide mail grupa sala bilersiz?

  2. Salam, bu seminarin , video  yazisi var ? varsa nece izlemek olar  ?

Şərh yazın