Faylların növləri

Linuxun fayl sistemində faylların bir neçə tipləri var. “Fayl” anlayışı özündə, həmçinin, periferiya qurğuları və kanallarla iş interfeyslərini əks etdirir. Kanallar – sistemdə müxtəlif proseslərə informasiya mübadiləsi etməyə imkan verir.

Tutaq ki, lesson/ qovluğundayıq. ls -l əmri vasitəsilə həmin qovluqdakı faylların siyahısına baxaq:

1 

Gördüyünüz kimi fayllar müxtəlif rənglərdədir və fayllar haqqında informasiyanı göstərən cədvəlin ilk sütunundakı 10 simvoldan ibarət yazının ilk simvolları fərqlənir. Faylların tipini müəyyən etmək üçün məhz bu simvol bizə kömək edəcək. Belə ki, ilk simvolun hansı tipi göstərməsi aşağıda qeyd olunub və bunlar faylların tipləridir:

  – adi fayl (file);

d – kataloq (directory);

l  – link;

b – blok qurğusu (block device);

с – simvol qurğusu (character device);

p – kanal (pipe);

Lakin, bunlar faylların hamısı deyil. Gizli fayllar da mövcuddur və keçən dərsimizdə qeyd etdiyim kimi – ls -a əmri vasitəsilə gizli fayllar (kataloqlar) da daxil olmaqla, bütün faylların siyahısını görə bilərsiniz.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərh yazın