Rusiyada Apple`a qadağa
Rusiya və ABŞ arasında Krımın işğalından sonra yenidən alovlanan soyuq müharibənin ilk nəticələrindən biri Apple şirkəti ilə bağlı oldu. Rusiyanın dövlət idarələrində istifadə olunan iPadlər Samsung markasının tabletləri ilə əvəz edilməyə başlandı. Rusiya hökumətinə görə iPadlər Amerikanın casusluq etmək üçün istifadə etdiyi ən önəmli cihazlardan biridir. Rusiyanın bu dəyişimi Samsung şirkətinin xeyrinə olsa da, müharibənin biraz daha qızışdığı halda Rusiya Samsung tabletləri də dəyişdirib rus istehsalı tabletlərə üstünlük verəcək.
Krımın işğalından sonra Visa və Mastercard bəzi rus bankaları ilə çalışmağı dayandırmışdı, bu hadisə Rusiyaya qarşı ilk embarqo hesab edilirdi. Rusiyanın iPad qadağası bu embarqayo cavab sayılır.
Mütəxəssislərin fikrincə, Rusiya öz ölkəsinin təhlükəsizliyini möhkəmləndirmək üçün təkcə iPadləri dəyişdirməklə qalmayacaq. Müharibənin biraz da irəlilədiyi halda Rusiya hökuməti bütün Apple məhsullarını, hətta ABŞ istehsalı olan bütün məhsulları ölkəda qadağan edə bilər.