Linuxun hansı distributivini seçməli?

image

Linuxdan istifadə etmədən öncə istifadəçiləri ən çox maraqlandıran sual budur: hansı distributivi seçməliyəm? Əslində bu, o qədər də önəmli deyil. Niyə?

1. Distrubitivlər arasında onların istifadəsində böyük bir fərq yoxdur (xüsusilə də yeni başlayanlar üçün).

2. Bütün distibutivlərin nüvəsi eynidir (baza hissəsi).

3. Mütəlif distributivlər demək olar ki, eyni proqramları istifadə edir.

4. Linuxun hansısa distributivini seçib, bu seçim üzərində dayanmaq lazımdır. Yenisi axtarmaq yox.

Yuxarıda qeyd etdiklərimdən sonra elə başa düşə bilərsiniz ki,, distributivlər bir-birindən heç nəyə görə fərqlənmir. Lakin, bu belə deyil. Linux distributivini seçərkən aşağıdakılara diqqət etmək lazımdır.

Mənbə kodlarından hazırlanan proqram, yoxsa, əvvəlcədən yığılmış proqram. Linuxun bütün populyar distributivləri öz tərkibində kataloqlar saxlayır. Bu kataloqlar proqramın quraşdırılması və silinməsi proseslərini sadələşdirir.  Ümumi halda kataloqdakı proqramı quraşdırmaq istəyən istifadəçi yalnız quraşdırma əmrini verməlidir. Bu əmr lazımi faylları endirməkdən tutmuş, sistemdə quraşdırılmış proqramın qeydiyyatına kimi bütün işləri özü yerinə yetirir. Bəzi distributivlər proqramları, mənbə kodlarından yığmaqla (kompilyasiya etməklə) quraşdırırlar. Bu, proqramın məhsuldarlığının bir az daha yüksək olmasına səbəb olur, lakin, quraşdırma üçün daha çox vaxt tələb edir və hər hansı bir səhv yarandıqda mənbə kodlarına ziyan verə bilər. Bu cür distributivlər ilk növbədə təcrübəli istifadəçi üçün nəzərdə tutulub. Yeni başlayanlar üçün Linuxun əvvəlcədən yığılmış distributivini quraşdırmaq məsləhət görülür. Bu halda quraşdırma əmri artıq kompilyasiya olunmuş proqramları endirəcək.

Kütləvilik (hansı distributiv daha çox yayılıb). Distributiv haqqında məlumatların çoxluğu, distributivin kütləviliyi ilə ciddi əlaqəlidir. Distributiv haqqında nə qədər çox məlumatınız olsa, yaranan suallara da bir o qədər tez cavab tapa bilərsiniz.

Tanışlarınız Linuxun hansı distributivindən istifadə edir. Düşünürəm ki, bu ən sizə çox kömək edəcək. Çünki, mən də tanışlarımın köməyi ilə seçmişəm distributivi.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( 2 )

    • ZBOT / . Dərc edilib:A 31/03/2014 at 8:36 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Məlumata görə təşəkkürlər Leyla xanım.
    Əslində deməzdim ki,o qədər də fərq yoxdur.Həm zövq məsələsi həm də deyərdim tələbat məsələsidir.
    Elə distr var ki,məsələn grsec hardened kernelə malikdir.
    Elə distr var ki,SeLinux kimi security feature-lə təmin edilib.Elə distr də varki SeLinux yoxdur yaxud eləsi də varki default olaraq disable edilib (Debian məsəl üçün)

    while true;do echo “Gözəl məlumatlara görə bir daha Minnətdaram.”;done;

Şərh yazın