Linuxun fayl sistemləri
Hər bir ƏS bir neçə fayl sistemini özündə saxlayır, məsələn, Windows FAT, FAT32, NTFS, ISO9660, UDF və s. fayl sistemləri. Linuxda fayl sistemlərini 2 yerə bölmək olar:
1. Kök fayl sistemi kimi istifadə olunan fayl sistemləri;
2. ƏS-ni təşkil edən, lakin, Linuxun quraşdırılmasında istifadə olunmayan fayl sistemləri.
Kök fayl sistemi kimi aşağıdakı fayl sistemləri qəbul olunur:
ext – Linuxun ilk fayl sistemidir. Linuxun əvvəlki versiyalarında istifadə olunub.
ext2 – Linuxun standart, lakin, köhnəlmiş fayl sistemidir. Uzun müddət bütün distributivlərdə istifadə olunub. Daha sonra ext3-lə əvəz olunub.
ext3 – ext2 fayl sisteminin modifikasiya olunmuş versiyasıdır. Ondan fərqli olaraq, özündə jurnal saxlayır. Bu fayl sistemi ilə birlikdə bölmənin maksimum ölçüsü 4 Tb-dır. Lakin, nüvəsi 2.6 versiyalı olan Linux 16 Tb-lıq bölməni dəstəkləyir. Faylın max ölçüsü 1 Tb-dır.
ext4 – Linuxun yeni fayl sistemidir. ext4-ü Linux 2.6.28 versiyaları dəstəkləyir. Bu fayl sistemi ext3 fayl sistemini ilə müqayisə etsək, onda görərik ki, ext4 – ext3-dən daha çox fərqlənir. Bölmənin maksimum 1024 Pb (1 Eb-dır)-dır. Faylın maksimal ölçüsü 2 Tb-dan çoxdur.
Rieser FS – fayl siteminin əsas xüsusiyyəti bir blokda bir neçə kiçik faylın saxlanmasl ilə bağlıdır. Məsələn, əgər sizdə blokun ölçüsü 4 Kb-dırsa, onda oraya 1Kb-lıq 4 fayl yerləşdirmək olar.
Bundan başqa digər çoxlu fayl sistemləri haqqında danışmaq olar. Lakin, hal-hazırda Linuxun fayl sistemi ext4-dür.