Linuxda kök fayl sistemləri və standart kataloqlar

Beginner-Linux-3

Linuxun quraşdırılması zamanı sizin sərt diskin seçdiyiniz hissəsində Linuxun kök fayl sistemi yaranır. Kök fayl sistemi standart kataloq və utilitlər yığımını özündə saxlayır,bunlarsız  Linuxun işləməsi mümkün deyil.

Kök fayl sistemi / ilə işarə olunur. Fayla müraciət mütləq kök fay sistemindən başlamalıdır. Kök fayl sisteminin əsas kataloqları:

/           – kök kataloq;

/bin     – Linuxun standart utilitlərini saxlayır;

/boot   – GRUB yükləyicisinin (zaqruzçik) konfiqurasiya fayllarını, kernel obrazlarını, Initrd fayllarını saxlayır;

/dev    – cihaz fayllarını saxlayır (device);

/etc     – ƏS-nin konfiqurasiya faylları və şəbəkə xidmətinin fayllarını ayrı-ayrı faullarda özündə saxlayır;

/home – istifadəçilərin ev kataloqlarını özündə saxlayır. İstifadəçilərin ev kataloqlarında faylların, həmçinin, müxtəlif proqramların istifadəçi tənzimləmələrini saxlayır;

/lib    – burada nüvənin müxtəlif kitabxanaları və modulları yerləşir;

/misc – bu kataloqda hər şey ola bilər;

/mnt  – bu kataloqda əsasən fayl sistemlərinin birləşmə nöqtələri saxlanılır;

/proc – bu, tam olaraq kataloq deyil, procfs fiktiv fayl sistemlərinin  kataloqudur. Bu fayl sistemləri proseslər haqqında informasiyanın verilməsi üçün istifadə olunur;

/root – root istifadəçisinin kataloqudur. Qeyd edim ki, root istifadəçisi maksimal səlahiyyətli istifadəçidir;

/sbin – sistemi idarə etmək üçün utilitlər yığımıdır. Bu utilitləri yalnız root istifadəçisi işə saa bilər;

/tmp – “zibil qabı”, yəni, müvəqqəti faylların saxlandığı kataloq;

/usr – istifadəçi proqramlarını özündə saxlayır;

/var – daimi olaraq dəyişən sistemlər, məsələn, poçt qutuları, çap növbəsi və s.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( 2 )

  1. Leyla xanım sizin kimi bacarıqlı mütəxəssis xanımları aramızda görmək çox xoşdur. Aramıza xoş gəldiniz.

    • Təşəkkür edirəm, Elgüc müəllim.
      Xalqın maariflənməsi üçün əlindən gələni edən bir komandanın üzvü olmaq mənim üçün fəxrdir.
      Mən Sizlərə əşıkkür edirəm bu cür faydalı işlərin təməlini qoyduğunuz və dəstəklədiyiniz üçün.

Şərh yazın