Linuxda faylların adları

Bildiyiniz kimi Windowsda faylların adları 2 hissədən ibarətdir:
Faylın adı və genişlənməsi. Faylın genişlənməsi faylın tipini müəyyən etməyə imkan verir.
Linuxda ümumiyyətlə faylın genişlənməsi anlayışı yoxdur. Əgər Windowsda index.html adında fayl varsa və son 4 simvol (html) faylın genişlənməsidirsə, onda Linuxda bu, nöqtədən sonra sadəcə 4 simvoldur.
Faylın adı haqqında aşağıdakı 4 faktı bilmək lazımdır:
– Faylın adı bu simvolları saxlaya bilməz: / \ ? < > * “ |
– Faylın adının maksimal uzunluğu 254 simvoldur;
– Linux – faylın adında hərflərin böyük və ya kiçik olmasına qarşı həssasdır. Məsələn, INDEX.html və index.html – 2 müxtəlif fayldır;
– Linuxda faylların adlarında kiril əlifbasının hərflərindən istifadə etmək məsləhət deyil. Bu fayllarla Linux rahat işləyir, lakin, başqa ƏS-nə ötürüldüyü zaman problemlər yarana bilər;

Fayla gedən yolun elementləri / işarəsi ilə ayrılır.

Şərhlər ( 2 )
Leyla xanım, məlumatlara görə təşəkkür edirik. İnşAllah davamlı olsun.
Kənan, mən sizə təşəkkür edirəm diqqətinizə görə.