Oculus Facebook`a birləşir

Bir neçə saat öncə Oculus idarə heyyəti və Mark Zuckerberg yaydıqları xəbərə görə Oculus və Facebook bundan sonra güclərini birləşdirəcək. Facebookun CEO-su Mark Zuckerberg bugünki şərhində “Biz Virtual Reallıq Texnologiyaları üzrə lider olan Oculus VR almağa razılaşmışıq” deyə bildirib. “Bizim məqsədimiz dünyanı daha açıq və əlaqəli etməkdir. Bu son illərdə yaxınlarınızla paylaşımlar edə biləcəyinizi mobil proqramlar (application) yaratmaq anlamına gəlirdi. Biz bu sahədə daha çox şey edə bilərik, lakin biz fikrimizi gələcəyin texnologiyası üzərində cəmləşdirə, daha lazımlı və əyləncəli platforma yarada bilərik.” deyən, Mark bunun üçün 2 milyard yatırım edir.

Oculus 2012-ci ildə yaranan bir şirkətdir. Qısa müddət ərzində öz qiymətini kosmik qiymətlərə çatdırmağa bacaran heyyət Oculus  Rift 3D eynəkləri ilə məşhurlaşıblar. Bu eynəklər vasitəsilə virtual aləmə daxil olaraq 360 dərəcəli görüntü əldə etmək və özünü həmin mühitdəki kimi hiss etmək olar.

Mark Zuckerberg bu platforma oyunlar üçün inkşaf etdirildikdən sonra fərqli sahələr üçün də tətbiq edilə biləcəyini, sinif otağında müxtəlif tələbə və müəllimlərlə oxumaq, həkimlə üz-üzə məsləhətləşərkən – əslində öz evində oturmağı mümkün olacağını bildirmişdir.

Müəllif: Elvin Əmirov

Şərh yazın