Həm Windows, həm Android telefon
Huawei həm Windows Phone, həm Android əməliyyat sistemi ilə çalışan bir telefon üzərində çalışır. Şirkət, istifadəçilərə “istədiyini seçmə azadlığı” verməyi planlayır.
Çinin Huawei şirkəti Windows Phone və Android platformalarını bir yerə gətirəcək. Şirkətin verdiyi məlumatlara görə, bu iki mobil əməliyyat sistemi tək telefonda birləşdirilir. Huawei marketinq rəhbəri Shao Yang TrustedReviews saytına verdiyi açıqlamada şirkətin Microsoftun proqram təminatını istifadə etməkdə hələ qərarlı olduğu, ancaq cüt əməliyyat sistemiylə məhsullarını formalaşdırmağı planladığı bəlli oldu.
Şirkətin niyə belə bir strategiya işlətdiyi dəqiq deyil. Yang, bu vəziyyətin müştərilərə telefonu “istədiyi kimi dəyişdirmə azadlığı” verdiyini qeyd edir və cihazın sadəcə Windows əməliyyat sistemi ilə çalışması halında insanların satın almaq üçün o qədər də rahat qərar verməyəcəyini iddia edir.
Android-Windows Phone sistemlərini tək cihazda birləşdirmək sadəcə Huawei`in fikri deyil, hindistanlı telefon istehsalçısı Karbonn da gələn aylarda cüt əməliyyat sistemli cihazını elan etməyə hazırlaşır. Huawei`in cihazının bir neçə ay sonra ABŞ-da satışa başlanması gözlənilir.