Apple`dan yeni patent

Texnologiya nəhəngi Apple maraqla gözlənilən iPhone 6-da istifadə etmək üçün yeni patent aldı. Bu patentə görə iPhone yol qəzası keçirdiyinizi anlayacaq. Apple`ın yeni telefonu təqdim etməsinə daha çox vaxt olduğuna baxmayaraq, telefon haqqında onlarla deyimlər, görüntülər peyda olmağa başladı. Son deyimlər isə şirkətin yeni patenti ilə təsdiqləndi.
Apple`ın patentinə görə iPhone ani dayanmanı müəyyən edəcək. Bununla da yol qəzaları, yüksəkdən düşmə kimi vəziyyətlərdə telefon avtomatik olaraq səlahiyyətlilərə xəbər verəcək. Sitemin nə qədər dəqiq çalışacağı, həqiqi qəza və ya əhəmiyyətsiz ani dayanmanı necə ayırd edəcəyi bilinmir. Hərhalda Apple bu texnologiya üzərində çox çalışıb inkişaf etdirməlidir, əks halda boş yerə təcili yardım siqnalları göndəriləcək.
Patentin davamındakı məlumatlara görə cihazın mikrofonu yüksək səslə qışqırma zamanı dövrəyə girəcək və səsdəki qorxu səviyyəsinə görə yardım gətirəcək şəxslərə xəbər verəcək. Bu funksiyaların necə istifadə olunacağı və daha nələr əlavə ediləcəyi hələ  bəlli deyil.

Müəllif: Günel Yaqubova

Şərh yazın