iOS 7.1 yayımlandı

Apple`ın maraqla gözlənilən, geniş əhatəli dəyişikliklər gətirən yeniləməsi iOS 7.1 yayımlandı. Uzun müddətdir Beta mərhələsində davam edən iOS 7.1, cihazlara bir çox yenilik gətirir. Cihazların fəaliyyətinin sağlamlaşdırıldığı bu yeniləməni iTunes və ya OTA üzərindən endirə bilərsiniz. Bu yeniləmə ilə iPhone 4-ün fəaliyyətinin yaxşılaşdırıldığını da qeyd edək. iOS 7 ilə gələn dəyişikliklər:
CarPlay; Maşınlar üçün dizayn edilmişdir. Bu funksiya iPhone ilə maşın arasında əlaqə yaratmağa kifayət edir. Telefon, musiqi, xəritə, mesaj və başqa xidmətləri dəstəkləyir.
Siri; Sirinin danışığın qurtardığını avtomatik olaraq qəbul etməsinə əlavə olaraq, danışarkən ekran düyməsini basılı tutaraq və işiniz bitdiyində düyməni buraxaraq Sirinin nə zaman dinləyəcəyini əllə idarə etmək olur. Çin, ingilis və yapon dilləri üçün daha təbii səslənən kişi və qadın səsləri əlavə edilib.
iTunes Radio; Stansiyaların üst bölməsindəki axtarış sahəsi ilə sevimli müğənnilərinizi və ya mahnılarınızı əsas götürən stansiyalar yarada bilərsiniz. İndi çalınan ekranında düyməyə basaraq, tək toxunuşla albomları satın almaq mümkündür. iPhone, iPad və ya iPodlarda reklamsız iTunes Radiodan ləzzət almaq üçün iTunes Match`ə abonə olun.
Təqvim; Tədbirləri aylıq siyahı halında göstərmə funksiyası, bir çox ölkə üçün avtomatik əlavə edilən ölkəyə aid tətil günləri əlavə edilmişdir.
Əlavələr; Qalın şrift seçiminə artıq klaviyatura, hesablayıcı və daha bir çox simvollar daxildir.
Hərəkəti azalt seçiminə artıq hava haqqında, mesajlar və başqa əlavələr edilmişdir.
5S-də  HDR`ı avtomatik olaraq aktivləşdirmək üçün kamera nizamlanması da var.
Facetime üzərindən gələn zəngi başqa bir cihazdan cavabladığınızda zəng bildirişi avtomatik olaraq silinir.
Touch ID barmaq izi tanımağı yaxşılaşdırır.
10.000-dən böyük rəqəmlər üçün e-poçtun oxunmamışlar görünüşünü düzəldir.

Müəllif: Günel Yaqubova

Şərh yazın