Exchange Server 2013 SP1 “Reset user password”

Salam, Əziz Dostlar. “Exchange 2013” məqalələrimizə davam edirik. Bu günki məqaləmizdə “ECP” üzərindən istifadəçi şifrələrinin dəyişdirilməsini nəzərdən keçirəcəyik.

Bildiyimiz kimi bəzi səbəblərə görə istifadəçilərimizin şifrələrini dəyişmək məcburiyyətində qalırıq. Bir “Sistem İnzibatçısı” bu əməliyyatı əsasən “Active Directory” üzərindən həyata keçirir. Və ya istifadəçinin hüququ olduğu təqdirdə “OWA” üzərindən də şifrə dəyişdirilə bilər. Biz isə bu işi “ECP” üzərində görəcəyik.

İlk əvvəl istifadəçi xüsusiyyətlərinə baxaq.

passwordreset1

Gördüyümüz kimi istifadəçi xüsusiyyətlərinə daxil olaraq bir sıra tənzimləmələrimizi həyata keçirə bilərik. Ancaq burada şifrə yenilənməsi xüsusiyyəti yoxdur. Biz bunu əlavə etməliyik. Bunun üçün ötən məqalələrimizdən biri olan “Exchange Server 2013 “RBAC” (Role Based Access Control)” məqaləmizə nəzər yetirməyinizi məsləhət görərdik, çünki tənzimləmələrimiz “RBAC” üzərində olacaq.  Bunun üçün “ECP” üzərində “permissions->admin roles” yolunu izləyərək “Organization Management” seçirik.

passwordreset2

Edit” deyərək tənzimləmələrə nəzər salaq.

passwordreset3

Burada gördüyümüz bütün xüsusiyyətləri “Exchange Server 2013 “RBAC” (Role Based Access Control)” məqaləmizdə izah etmişik. Ona görə də bir başa məqsədə keçək.

Reset Password” xüsusiyyətini “Role” bölməsindən əlavə edək. “+” işarəsini sıxırıq.

passwordreset4

Siz tələblərə uyğun olaraq istədiyiniz funksiyaları əlavə edə bilərsiniz. Məqaləmizin mövzusu “Reset Password” olduğu üçün bu seçimi edərək “OK” düyməsini sıxırıq. Dəyişiklikləri yadda saxlamaq üçün “Save” deyək.

passwordreset5

Əla, xəta ilə qarşılaşdıq. Və bu xata Bizə bu iş üçün səlahiyyətimiz olmadığını bildirir. Bu xətanı aradan qaldırmaq üçün “RBAC“- ı yenidən yükləməliyik.

Bunun üçün aşağıdakı əmrlərdən istifadə edəcəyik:

Add-pssnapin microsoft*

Install-CannedRbacRoles

Install-CannedRbacRoleAssignments

passwordreset6

ECP” üzərinə yenidən logon olaraq əvvəlki addımları təkrarlayaq. Heç bir xəta ilə qarşılaşmadıq və dəyişikliyimizi yadda saxladıq.

Yenidən “recipients->mailboxes” yolunu izləyərək istifadəçimizin xüsusiyyətlərinə daxil olaq.

passwordreset7

Və gördüyümüz kimi “Reset the password for this mailbox” qutucuğunu işarələyərək istifadəçimizin şifrəsini “ECP” üzərindən dəyişə bilərik.

Artıq şifrəsini dəyişdirdiyimiz istifadəçimiz sistemə daxil olarkən yeni şifrəni istifadə edəcək.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın