Combofix proqramı nədir?
Salam Əziz dostlar.Bugünkü məqaləmdə sizlərə sUBs tərəfindən yaradılan və kompüteri yoxlamaqla malware və spyware kimi təhlükəli proqramları aşkar edərək onları avtomatik silən pulsuz ComboFix proqramını izah etməyə çalışacağam.Proqramın yükləmə linki:
http://www.bleepingcomputer.com/download/combofix/
ComboFix proqramını istifadə etməmişdən öncə kompüterinizdəki Firewall və Antivirusu müvəqqəti söndürün və digər lazımsız proqramlardan çıxmanız məsləhətdir.
ComboFix işləyərkən aşağıdakı fayllar avtomatik olaraq silinəcək:
-Windows Recycle Bin (Windows zənbil qutusu)
-Temporary Internet Files (Müvəqqəti İnternet faylları)
-Temp Folder (Temp qovluğu)
QEYD:
1.İlk öncə ComboFix proqramını istifadə edərkən çalışın proqramın son versiyasını yükəlyin,çünki bu proqram davamlı olaraq yenilənir.Son versiyanı isitfadə etmək daha effektiv olar.
2.Proqram işləyərkən internet kəsilə bilir.Sonra yenidən internet bərpa olacaqdır.
3.Proqram işləyərkən işçi stoldakı heç bir şey olmayacaqdır.Proqram işini başa vurduqdan sonra işçi stol əvvəlki vəziyyətinə qayıdacaq.
Combofix proqramından təcrübə kimi məsələn sizin əgər kompüteriniz açılımırsa onun bir səbəbidə virusun olması ola bilər.Bu vəziyyətdə siz Əməliyyat Sisteminizi Safe Mode(Təhlükəsiz Rejimində) ‘da açaraq bu proqramdan istifadə edib kompüterinizə restart verərək kompüterinizin normal rejimində işləməyini təmin edə bilərsiniz.
İndi isə ComboFix proqramını quraşdıraq.Bunu windows 7 əməliyyat sistemində həyata keçirəcəm. Bizi ilk öncə aşağıdakı pəncərə qarşılayacaqdır burda İ Agree düyməsini sıxaraq növbəti addıma keçirik.
Bu pəncərədə isə proqram Windows-un ehtiyyat nüsxəsini alacaqdır.
Bu pəncərə onu gösdərir ki, bu proqramın başa çatması üçün bizim bir neçə dəqiqəmizi alacaq.
Yoxlama prosesi 50 mərhələdən ibarətdir.
Bu 50 mərhələ bittdikdən sonra aşağıdakı pəncərə çıxacaqdır.
Ən sonda isə loqlar pənərəsi görsənəcəkdir.
Gələn məqalələrdə görüşmək ümüdi ilə..