Facebook təyyarə istehsalçısı Titan Aerospace`i satın alır

CNBC və TechCrunch`ın verdiyi məlumatlara görə Facebook  Titan Aerospace`i 60 milyon dollara alacaq. Qeyd edək ki,  Titan Aerospace uzaqdan idarə edilən təyyarə istehsalçısıdır. Facebook`un şirkəti almaqda məqsədi dünyada internetə qoşulmanın genişlənməsinə kömək etməkdir. Belə bir addım atmaq Facebook üçün çox qəribə səslənir, çünki şirkət uzun müddətdir ki, bütün diqqətini  texnologiya şirkətləri və proqramlar – İnstagram və WhatsApp da daxil-  almağa yönəltmişdir. Ancaq, bundan əlavə, onu da xatırladaq ki, Mark Zuckerberg keçən il internet.org ilə bütün dünyaya internet əlaqəsinin yayılmasına köməyi hədəflədiyini bildirmişdi, bu alış-veriş də həmin layihəyə xidmət edir.
Titan Aerospace bildirir ki, şirkətin günəş enerjisi ilə işləyən, pilotsuz uzaqdan idarə olunan təyyarələri bir dəfəyə 5 il müddətində havada qala, 4 milyon kilometr məsafəni qət edə və 20 km yüksəklikdə qala bilir. Ağırlığı 160 kiloqramı keçməsə də, 32 kiloqram yük daşıya bilir. Ünsiyyət mərkəzi kimi istifadə edildikdə isə, tək bir təyyarə “100 yerüstü mobil qülləyə çatmaqla”  səs və informasiya şəbəkəsi yarada bilir. Facebook bu təyyarələrdən 60-nı ilk olaraq Afrika üzərində uçutmaq fikrindədir, bununla da, həmin ərazidəki ölkələri internet əlaqəsi ilə təmin etmək məqsədi güdür.
Əvvəlcə, Google dünyanın inkişaf etməkdə olan ərazilərində bənzər planını açıqlamışdı,lakin bu planı təyyarələr əvəzinə uçan balonlarla həyata keçirmək istəyirdi. Halhazırda, Facebook və Titan Aerospace`in aralarındakı razılaşmanı nə vaxt açıqlayacağı ən çox maraq doğuran məsələlərdəndir. Hələ ki, Facebook şərh bildirməsi ilə bağlı təkliflərə cavab vermir.

Müəllif: Günel Yaqubova

Şərh yazın