Fiber Optik texnologiyası nədir?

Salam Əziz izləyicilər.Bu məqalədə sizlərə tez-tez eşitmiş olduğumuz Fiber optik texnologiyası haqqında məlumat vermək istəyirəm.Bildiyimiz kimi kabel ilə internetə qoşulmada ən son texnologiya Fiber Optikdir.Bəs bu Fiber Optik nədir? Gələcəyin yeni standartı haqqında daha geniş danışaq.

11111

Komunikasiya vasitəsilə verilənlərin ötürülməsinin 3 növü vardır:

  1. Elektrik siqnalları vasitəsilə
  2. Elektromaqnit dalğaları ilə hava vasitəsi ilə verilənlərin ötürülməsi.Bu üsul ən çox mobil rabitədə istifadə edilir.
  3. Fiber optik texnologiyası

Fiber optik texnologiyasnın əsası – fizika kursundan bildiyimiz  işığın sınma qanununa əsaslanır.Yəni 2 mühit arasında sıxlıq fərqi və işığın sınma bucağı kifayət qədər böyükdürsə işıq şuası aşağı sıxlıqlı mühitə keçməyərək geri əks edir.Bu sadə prinsipdən istifadə edərək keçirici bir şüşə plastik fiber xəttinin ətrafına daha aşağı sınma əmsalına malik örtük çəkdikdə  işıq şüası fiber xəttdən kənara çıxa bilmir və fiber optik xəttin daxilində onun divarları boyunca əks olunaraq irəliləyir.

Fiber optik kabelin quruluşuna nəzər salmış olsaq ən daxildə şüşə və ya plastikdən hazırlanmış borunu görürek.Bu borunun üzərində daha aşağı sınma əmsalına malik materialdan təbəqə vardır.Bir az əvvəl dediyimiz kimi işıq şüası şüşə borunun daxilində irəliləyir.Süşə borunun üzərindəki təbəqənin sınma əmsalı şüşə borunun sınma əmsalından aşağı olduğu üçün işıq şüası kənara çıxa bilmir və şüşə boru boyunca irəliəyir.

2222

Bu iki təbəqə işıq şüasının irəliləməsi üçün kifayətdir.Amma kənar fiziki təsirləri nəzərə alaraq bundan əlavədə təbəqələr ilə fiber optik xətt örtülür.

Fiber optik xətlərin gündən günə daha çox istifadə edilməsinin səbəbləri çoxdur: ən birincisi kənardan gələn təsirlərə qarşı son dərəcə dözümlu olması. Adı kabel xətlərində verilənlər elektrik siqnalları vasitəsi ilə ötürülür.Ətrafdakı elektromaqnit ,mobil rabitə siqnalları  və s. ötürülən verilənlərə maneələr yaratmış olur.Amma fiber optik texnologiyasında verilənlər işıq şüası vasitəsilə ötürüldüyündən sadaladıqımız siqnallar maneə ola bilmir.Ikinci səbəb kimi – elektromaqnit siqnalları kabel ilə irəlilədikcə müəyyən məsafədən sonra zəifləməyə başlayırlar və gücləndiricilərə təlabat yaranır.Amma fiber optik texnologiyasında zəifləmə çox az olduğundan verilənlər tək bir fiber optik kabel ilə kilometrlər ilə irəliyə bilər.Və nəhayət  fiber optik texnologiyasının əvəz olunmaz üstünlüyü verilənlərin təkrarolunmaz böyük sürətlə ötürülməsidir.Növbəti məqalələrdə görüşmək ümudi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Cemil Heyderov

Şərhlər ( 1 )

    • Emin / . Dərc edilib:A 04/03/2014 at 5:55 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    təşəkkür edirəm maraqlı oldu

Şərh yazın