Exchange Server 2013 SP1
Salam, Əziz Dostlar. Bildiyimiz kimi, “Exchange Server 2013” üçün uzun zamandır gözlənilən “SP1” yenilənməsi 25.02.2014 tarixi etibarı ilə təqdim olundu. Buna qədər “Exchange 2013” üzərində olan yenilənmələr və dəyişikliklər “Cumulative Update (CU)” olaraq gəlirdi. Ən son yenilənmə isə “CU3” idi. Və bu yenilənmələrə baxmayaraq Microsoft şirkəti “Exchange Server” üçün “SP1” paketinin yayımlanacağını və bir sıra dəyişikliklərin var olacağını bildirmişdi. Artıq dünən gözlənən paket təqdim olundu və Microsoft rəsmi internet səhifəsinsən yüklənə bilər.
Yükləmə linki : http://www.microsoft.com/en-us/download/details.aspx?id=41994
Əlbəttə deyildiyi kimi bir sıra yeniliklər mövcuddur. Ən əsas yeniliklər isə “Server 2012 R2” dəstəyinin mövcudluğu və “Exchange 2010“-məqalələrimizdən Bizə tanış olan və “Exchange 2013” ilə qaldırılmış olan “Edge Transport” rulunun geri qaytarılmasıdır. Həmçinin OWA, DLP, RBAC və s. üzərində də bir sıra yeniliklər mövcuddur.
Digər yeniliklərə isə zaman zaman məqalələrdə nəzər yetirəcəyik.
Əlavə məlumat üçün : http://blogs.technet.com/b/exchange/archive/2014/02/25/exchange-server-2013-service-pack-1-available.aspx
Yuxarıda göstərdiyimiz keçid vasitəsilə “.exe” faylını yükləyib ixtiyarı bir qovluğa çıxara bilərik. “SP1” qurulması demək olar ki, digər yenilənmələr ilə eynilik təşkil edir. Ancaq “Active Directory” və “Schema” üzərində bəzi yenilənmələr tələb etdiyi üçün sistemimizi bu quruluşa hazırlamalıyıq.
Əvvəlcə yoxlama üçün var olan “Exchange Server“-imizin versiyasına nəzər salaq. Bunun üçün “Exchange Managemnt Shell” üzərində uyğun əmr aşağıdakı kimidir:
“Get-ExchangeServer | fl name,edition,admindisplayversion”
Aşağıdakı şəkildə isə “Exchange 2013” versiyaları göstərilmişdir.
Və gördüyünüz kimi Bizim sistemimizdə mövcud olan “Exchange” versiyası “Exchange 2013 CU3” ilə eynidir. Bu əmri bir də “SP1” qurulduqdan sonra yoxlayıb, nəticələrə nəzər salarıq.
İndi isə keçək “Active Directory” və “Schema” yenilənmələrinin tətbiqinə. “Exchange Server 2013 qurulması” məqaləmizdən də xatırlayırsınızsa uyğun əmrlərdən orada da istifadə etmişdik.
İlk olaraq “Power Shell” üzərində “SP1” fayllarının olduğu qovluğa keçib “setup.exe /PrepareSchema /IAcceptExchangeServerLicenseTerms” əmrini icra edək.
Bu əmr sayəsində “Schema” yenilənməsini tamamlamış olduq.
İkinci olaraq yenə də eyni qovluq üzərində “setup.exe /PrepareAD /IAcceptExchangeServerLicenseTerms” əmrini icra edərək “Active Directory“-imizi “SP1” qurulması üçün hazırlayaq.
Hər iki addımı uğurla tamamladıqdan sonra artıq “SP1” qurulmasını həyata keçirə bilərik. Bunun üçün iki yolumuz vardır:
1. “Power Shell” üzərində “setup.exe /m:upgrade /IAcceptExchangeServerLicenseTerms” əmrini icra etmək.
2. GUI üzərindən “Setup” faylını işlətmək.
Yuxarıda da qeyd etdiyimiz kimi “SP1” qurulması “Cumulative Update“-lərin qurulması ilə eynilik təşkil edir.
İlk öncə sistem Bizdən “Update“-lərin yoxlanılıb yoxlanılmayacağını soruşur. Növbəti addımlarda sözləşmə təqdim olunur. “İnstall” dediyimiz andan etibarən “18” addımdan ibarət olan qurulma işləri başlamış olur.
Gördüyümüz kimi qurulma tamamlanmışdır. Və bu ekranda serveri yenidən başlatmalı olduğumuzu göstərən bildiriş vardır. “Finish” deyərək yekunlaşdırırıq və Serverimizi yenidən başladırırq.
“Exchange Managemnt Shell” üzərində “Get-ExchangeServer | fl name,edition,admindisplayversion” əmri vasitəsilə versiyaya yenidən nəzər salaq.
Bununla da “Exchange 2013 SP1” yenilənməsini qurmuş və düzgün bir şəkildə tamamlamış olduq.
Bundan sonrakı məqalələrimizi “Exchange Server 2013 SP1” üzərində davam etdirəcəyik.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.
Şərhlər ( 2 )
Exchange Server belə sənin sürətinə yetişə bilməz bu gündən sonra. Əla. Təşəkkürlər.
Çox Sağolun Müəllim. İnşaallah davam etməyə çalışacam.