Exchange Server 2013 “Retention Policies” (2)

Bir daha Salam, Əziz Dostlar. “Retention policies” məqaləmizə qaldığımız yerdən davam edirik. Məqaləmizin birinci hissəsində “retention tags” -lərə nəzər yetirdik. İndi isə növbə yetdi “retention policies” yaratmağa.

retention policies8

Bunun üçün ilk məqaləmizdə qeyd etdiyimiz kimi “compliance management“->”retention policies” yolunu izləyərək “+” işarəsini sıxırıq.

retention policies9

Yeni qayda yaratmaq üçün pəncərəmiz qarşımızdadır. Burada da “Name” bölümündən ad təyin edirik. İkinci addım olaraq əvvəlki məqaləmizdə yaratmış olduğumuz bir və ya bir neçə teqi bura əlavə etməliyik. Bunun üçün “Retention tags” başlığı altında “+” işarəsini sıxırıq. Açılan pəncərədə sistemimizdə var olan bütan “retention tag“-lər göstərilmişdir. Buradan Bizə uyğun olanları seçə bilrərik. Biz əvvəl yaratmış olduğumuz “1 day Sent Items” teqini seçirik. “Save” deyərək qaydamızı yaradaq.

retention policies10

Və gördüyümüz kimi qaydamız hazırdır. Qaydamıza əsasən “Sent Items” qovluğunda olan maillər bir gün sonra silinəcəkdir.  Artıq istifadəçilərimizə bu qaydanı tətbiq edə bilərik.

retention policies11

Bunun üçün “recipients“->”mailboxes” yolunu izləyərək qaydanı tətbiq etmək istədiyimiz istifadəçini seçirik.

Biz bu qaydanı “Administrator” adlı istifadəçimizə tətbiq edirik. İstifadəçimiz seçili ikən “Edit” deyərək “Mailbox” xüsusiyyətlərinə daxil oluruq.

retention policies12

mailbox feature” bölümünə keçib “Retention policy” başlığı altından yaratmış olduğumuz qaydanı seçə bilərik. Unutmamaq lazımdır ki, bir istifadəçiyə sadəcə bir “Retention policy” tətbiq edə bilərik.

Belə bir sual meydana çıxır: “Əgər bir deyil, bir neçə istifadəçiyə eyni vaxtda bu qaydanı tətbiq etmək istəsək?

Bu da çox sadədir.  Bunun üçün lazım olan istifadəçiləri şəkildə göründüyü kimi seçirik.

retention policies13

İstifadəçilərimizi seçdikdən sonra sağ paneldə xüsusiyyətlərinə dəyişiklik edə biləcəyimiz başlıqlar görülməkdədir.

Buradan “More” deyərək bütün xüsusiyyətləri görürük. Və “Retention Policy” başlığı altındakı “Update“-ə klik edirik.

retention policies14

Açılan pəncərədən isə “Select the retention policy” başlığı altından yaratmış olduğumuz qaydanı seçərək “Save” deyirik. Və bununla da seçdiyimiz istifadəçilərimizə qaydamız tətbiq olunmuş oldu.

Dünən bu qaydanı yaratdıqdan sonra “Administrator” adlı istifadəçimizin “Sent Items” qovluğunda iki göndərilmiş mail vardı. Bu gün baxdığımda artıq o maillər qaydamıza əsasən silinmişdir.

Exchange Server 2013” üzərində “Retention Policies” məqaləmizin də sonuna gəldik.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın