Exchange Server 2013 “Retention Policies” (1)

Salam, Əziz Dostlar. “Exchange 2013” ilə davam etdiyimiz məqalələrimizin bu sayında “retention policies” (saxlama siyasəti)-dən bəhs edəcəyik.

Retention policies” sayəsində bir mail qutusunda olan bəzi obyektlərə saxlama qaydaları tətbiq edə bilirik. Yəni bu qaydanı tətbiq edərək mail qutusunda olan obyektlərin nə zaman silinəcəyini və ya nə zaman arxivə göndəriləcəyini təyin edirik. Bu qaydalar mail qutularının həddən artıq dolmasından və lazımsız maillərin maneələrindən Bizləri qoruyacaqdır.

retention policies1

EMC” üzərində “compliance management“->”retention policies” yolunu izləyərək yeni “Retention policies” yarada bilərik. Burada, gördüyümüz kimi, “default” bir qayda yaradılmışdır, ancaq heç bir istifadəçiyə tətbiq olunmamışdır. Bir “Retention policies” yaratmamışdan əvvəl “Retention tags” (saxlama teqləri) təyin etmək lazım gəlir.

retention policies2

Bunu üçün yenədə “EMC” üzərində “compliance management“->”retention tags”  yolunu izləmək lazım gələcək. Burada da “default” olaraq teqlər mövcuddur. Yeni “tag” (teq) yaratmaq üçün “+” işarəsini sıxırırq.

retention policies3

+” işarəsini sıxdığımızda üç seçimlə qarşılaşırıq. Bu seçimlər yaradacağımız teqlərin növləridir.

1. “applied automatically to entire mailbox (default)” (Default Policy Tags) – “Mailbox” daxilində bütün obyetklərə tətbiq olunur.

2. “applied automatically to a default folder” (Retention Policy Tags) – teq yaradarkən seçdiyimiz qovluğa tətbiq olunur.

3. “applied by users to items and folders” (Personal Tags) – obyektlərə və qovluqlara istifadəçilər tərəfindən tətbiq olunur.

retention policies4

İlk seçimlə davam edək. Ancaq xatırladaq ki, 1-ci və 3-cü seçimlər qısa olaraq göstəriləcək. Geniş izahat isə ikinci seçimlə olacaq. Çünki bu qaydaların yaradılması demək ola ki eynidir.

retention policies5

Birinci və üçüncü seçimlərdən sonra açılan pəncərələr yuxarıdakı şəkillərdə göstərilmişdir. “Name” bölümündən teqlərimizin görünəcək adını təyin edirik. “Retention action” bölümündən isə yaradacağımız teqin hansı işi görəcəyini seçirik.

Retention action” :

1. “Delete and Allow Recovery” – bu seçim obyektləri silər, ancaq geri qaytarılması mümkündür.

2. “Permanently Delete” – bu seçim obyektləri bir dəfəlik silər və geri qaytarılması mümkün olmaz.

3. “Move to Archive” – bu seçim obyektləri arxiv mailbox-una daşıyır.

Retention period” bölümündə isə iki seçimimiz var: “Never” (heç vaxt)  və “When the item reaches the following age (in days)”  (obyektin ömrü gün cinsindən təyin etdiyimiz dəyərə çatdıqda qaydamız işə düşəcək).

İkinci seçimi edərək günü daxil edirik.

Comment” bölümünə isə uyğun açıqlama daxil edə bilərik.

Qeyd:Personal teq” “Enterprise client Access License (CAL)” və ya “Exchange Online Archiving License” tələb etməkdədir.

İndi isə yeni teq yaradarkən ikinci seçimimiz olan “applied automatically to a default folder” -a nəzər salaq.

retention policies6

Gördüyümüz kimi bu seçimi etdikdən sonra yuxarıdakı kimi (əvvəlkilərə oxşar) bir pəncərə ilə qarşılaşırıq.

Yenə də “Name” bölümündən ad təyin edirik. “Apply this tag to the following default folder” bölümündən isə bu teqi tətbiq edəcəyimiz obyekti seçirik. Biz “Sent Items” seçərək davam etdik. Siz isə uyğun seçimlərdən birini edə bilərsiniz:

“Calendar”

“Deleted Items”

“Drafts”

“Inbox”

“Junk Email”

“Journal”

“Notes”

“Outbox”

“Sent Items”

“RSS Feeds”

“Sync issues”

“Conversation History”

Qalan hissələri isə yuxarıda qeyd etmişdik. “Save” deyərək teqimizi yadda saxlayırıq.

retention policies7

Gördüyümüz kimi yaratdığımız teq təyin etdiyimiz adı ilə teqlər sırasında görülməkdədir.

Növbəti addımda artıq “retention policies” yarada və istifadəçilərimizə tətbiq edə bilərik. Bu addımlara isə məqaləmizin ikinci hissəsində nəzər yetirəcəyik.

Növbəti məqalədə görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın