Windows Azure`un tərkib hissələri ( Networking və Business Analytics )
Salam Dostlar, artıq son bir neçə məqalədir Windows Azure haqqında yazırıq. Dediyimiz kimi bunun haqqında yazmağa davam edəcəyik. Sizə Windows Azure`un tərkib hissələri barəsində danışmışdım, hətta iki tərkib hissə haqqında da məqalə də yazmışdıq. İndi isə növbəti tərkib hissələr haqqında danışacağıq. İlk öncə “Networking” adlanan tərkib hissəyə toxunaq.
İlk öncə Virtual Network nədir?
Bir anlıq düşünək ki, bizim daxili və bulud üzərində yerləşən strukturumuz var və biz istəyirik ki, bu iki strukturu bir-birinə birləşdirək. Yəni daxildə olan istifadəçilər bulud üzərində olan serverlərdən və yaxud digər xidmətlərdən sanki daxildə olduğu kimi istifadə etsin. Bunun üçün bizə daxili və bulud üzərində yerləşən struktur arasında daimi əlaqə lazımdır. Buradan belə başa düşürük ki, iki strukturu bir-birinə birləşdirmək istəyirik və bunu VPN ilə edə bilərik. Buna görə də məhz bunun üçün bizə Virtual Network lazımdır.
Digər xüsusiyyət isə Connect adlanır.
Amma bəzən də bizə lazım olur ki, Windows Azure üzərində yerləşən konkret hər hansısa bir xidməti daxildə yerləşən bir neçə kompüterə bağlayaq. Bu zaman isə biz Connect istifadə edirik. İzahdan da məlum olduğu kimi burada konkret hər hansısa bir xidmətdən söhbət gedir.
Növbəti xüsusiyyət isə Traffic Manager`dir.
Deyəlim ki, biz bir proqram yazmışıq və bunu Windows Azure üzərində paylaşırıq. Əgər, bu proqrama eyni ərazidən insanlar daxil olurlarsa, problem yoxdu. Amma gəlin belə bir senari düşünək, elə bir proqramımız var ki, bütün dünya üzərindən bu proqrama sorğular gəlir, təbii ki, ən yaxşısı bu olardı ki, hər kəs bu proqramı ona yaxın olan bazadan əldə etsin. Bu cür vəziyyətlərdə biz Traffic Manager istifadə edərək, gələn sorğuların bazalara necə yönləndiriləcəyini idarə edə bilərik.
Bu məqaləmizdə sizə 2 tərkib hissəsi haqqında danışacağıq. Yuxarıda biri haqqında məlumat verməyə çalışdıq. İndi isə növbə digər tərkib hissəsindədir.
Bu tərkib hissə “Business Analytics” adlanır.
SQL Reporting:
Bəzən yığılan məlumatların məruzəsini çıxartmaq lazım olur. Bunu hətta Windows Azure üzərində də etmək olar. SQL Reporting istifadə edərək, SQL bazadakı məlumatların məruzəsini çıxar da bilərik və bunu .HTML, .PDF, .XML və. S sonluqlarda da yaddaşa vermək olar.
Hadoop:
Elə bir an ola bilər ki, əlimizdə o qədər böyük məlumat olar ki, bunun məruzəsini çıxartmaq lazım olar. Məhz bu cür böyük məlumatların məruzəsini çıxartmaq üçün istifadə olunan texnologiya Hadoop`dur. Hadoop bu məlumatları HDFS formatında saxlayır və ardından developerlərin bu məlumatı analiz etməsi üçün MapReduce etməsinə icazə verir.
Düşünürəm ki, bu iki tərkib hissəsi haqqında müəyyən qədər məlumata sahib ola bildik.
Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT
Şərhlər ( 2 )
Maraqlı məqalə üçün təşəkkürlər.
Müəllim, mən təşəkkür edirəm!