22.02.14 – Windows Azure və Office 365 SEMİNAR Baş tutdu.

Şənbə günü TechNet.Az komandası Microsoft Azərbaycanın dəstəyi ilə İSR Plazada Bulud texnologiyaları ilə ilkin tanışılıq mövzusunda “Windows Azure nədir?“(Məruzəçi: Fərhad Kərimov) və “Office 365 Demo“(Məruzəçi: Araz Eyyubov) seminarını verdi. Tədbirdə 45 nəfər iştirak edirdi. Microsoftun Azure Bulud Texnologiyası haqqında ətraflı nəzəri biliklər Fərhad Kərimov tərəfindən iştirakçılara çatdırıldı. Office 365 haqqında qısa nəzəri informasiya paylaşdıqdan sonra Araz Eyyubov Office 365-in kompüterə qurulmasını və eləcə də ilkin sazlamalar və bulud texnologiyası ilə bağlı imkanlarını nümayiş etdirdi. Tədbirdə 4 iştirakçıya Windows 7 əməliyyat sistemi hədiyyə edildi.

Növbəti seminarlda görüşənədək.

IMAG0289

Müəllif: Araz Ayyubov

Şərh yazın