Facebook Whatsappı aldı

Facebook Instagramı satın aldıqdan sonra, WhatsAppı da satın aldı. Facebook bunun üçün 16 milyard dollar ödədi. Alış veriş CES (ABŞ Təhlükəsizlik və Mübadilə Komissiyası) tərəfindən doldurulmuş sənədlə təsdiqləndi. Facebook bu addımı atmaqla rəqiblərinin önünə keçməyi hədəfləyir. Sosial şəbəkə bu satınalmanı öz xəbər səhifəsində də elan etdi.  CEO Mark Zuckerberg isə belə açıqladı: ” WhatsApp 1 milyard istifadəçiyə çatmaq yolundadır.  Bu saya çatan xidmətlər inanılmaz dərəcədə dəyərlidir. Bu proqram bizim mövcud mesajlaşma sisteminə əlavələr gətirəcək.” O, həmçinin bu xəbəri öz şəxsi facebook səhifəsində də elan etdi. Mətbuatın açıqlamasına görə Whatsappın 450 milyon istifadəçisi var və 70%-i hər gün aktivdir. WhatsAppın həmtəsisçisi və CEO Jan Koum da Facebookun rəhbər heyətinə qoşulacaq, lakin o, öz komandası ilə Kaliforniyada yerləşməyə davam edəcək. O, əlavə edir ki istifadəçilər reklamların ünsiyyətlərinə mane olacağından narahat olmasınlar.
Məlumatlara görə Zuckerberg Kouma fevralın 9-u bu alış-veriş haqqında təklif verib. Qiymətdə razılaşma isə bir neçə gün çəkib. Həm də, Zuckerberg, Facebookun öz mesajlaşma xidməti olduğu halda belə bir şeyə ehtiyac olub-olmadığına dair detalları dəqiqləşdirib. Nəticəni isə belə izah edib: “Biz düşündük ki, bu iki xidmət tamam fərqli hallarda istifadə olunur, dünyanın hər ikisinə də ehtiyacı var.” Koum və Zuckerbergə verilən WhatsAppa reklamlar əlavə edilməsi ilə bağlı suallara cavab olaraq isə, Koum bildirib ki, “Biz diqqətimizi nə qədər pul gələcəyinə deyil, nə qədər istifadəçi artacağına toplamışıq.”

Müəllif: Günel Yaqubova

Şərh yazın