Work Folders Nədir?
Salam Dostlar, bu günki məqaləmiz Windows Server 2012 R2 və Windows 8.1 ilə bir yerdə gələn ən vacib yeniliklərdən biri olan Work Folders`dir. Work Folders `in əsas məqsədi, istifadəçilərin öz sənədlərini bütün cihazlardan idarə edə bilməsidir. Əgər bu baxımdan yanaşsaq, Work Folders `i SkyDrive, SkyDrive Pro kimi bir çox fərqli texnologiyalarla qarışdıra bilərik. Bu texnologiylarla eyni məqsədli kimi görünsə də, lakin müəyyən ssenariləri yalnız Work Folders`lə həyata keçirə biləciyik.Work Folders Nədir?Work Folders, istifadəçilərin öz fayllarını birdən çox cihaz üzərindən idarə etməyə imkan verən, sinxronizasiya texnologiyasıdır. Burada əsas məsələ, istifadəçilərin birdən çox cihaz istifadə edərək öz fayllarını idarə edə bilməsini təmin etməkdir. Yəni Work Folders’in məqsədi, SkyDrive və ya SkyDrive Pro`da olduğu kimi faylları digər istifadəçilər arasında paylaşılmasını təmin etmək deyil. Bu imkanların yalnız domain istifadəcisi olan Windows ƏS`li komputerlərdə deyil, həm də domain istifadəçisi olmayan cihazlarda və iOS cihazlarda da istifadə olmunması bu texnologiyanın fərqli xüsusiyyətidir. Aşağıdakı cədvəldə eyni işləri görən, fərqli texnologiyaları müqayisəsi göstərilib.
Consumer / personal data | Individual work data | Team / group work data | Personal devices | Access protocol | Data location | |
SkyDrive | X | X | HTTPS | Public cloud | ||
SkyDrive Pro | X | X | X | HTTPS | SharePoint / Office 365 | |
Work Folders | X | X | HTTPS | File server | ||
Folder Redirection / Client-Side Caching | X | SMB (only from on-prem or using VPN) | File server |
Work folders texnologiyasını təşkil edən infrastruktura baxdığımızda, Authentication ilə bağlı prossesləri Active Directory tərəfindən təmin olunduğunu görürük. Work Folders servisi, File Services rulunun tərkib hissəsidir. Bu bizə imkan veririk ki, “File Classification Infrastructure”, “RMS” ,”File Screening”, “Soft & Hard Quotas” kimi funsionallıqlardan istifadə edə bilək.Sinxronizasiya əməliyyatı web servisləri üzərindən həyata keçirilir. Bu servislər internet mühitiniə Reverse Proxy vasitəsi ilə çıxardılır. İnternet`ə https://workfolders.domain.adi ilə çıxarlır. Bununla yanaşı, sinxronizasiya edilən cihazlara müxtəlif policy`lər tətbiq olunur. Bu policy`lərə misal olaraq, sinxronizasiya edilən faylların “şifrələnməsi” və cihazlara “PİN daxil etmək məcburiyyətini” çəkə bilərik.Əziz dostlar gələn məqaləmizdə, Work Folders`in qurulmasından bəhs edəcəyik.
Şərhlər ( 4 )
Maraqlı idi təşəkkür edirəm
Heyif yalniz windows 8.1 OS support edir.
Çox sağol Turqut.
sagolun