Exchange Server 2013 “Dynamic Distribution Group”
Salam, Əziz Dostlar. Söz verdiyimiz kimi bu günki məqaləmizin mövzusu “Dynamic Distribution Group” olacaq. Ötən məqaləmizdə “Group“-lardan bəhs etdik. Fərqlərini və istifadə sahələrini, həmçinin “Distribution Group” yaradılmasını göstərməyə çalışdıq. Bu məqaləmizdə isə “Dynamic Distribution Group” yaradaraq cəm halda mail göndərəcəyik.
Ötən məqaləmizdə də bildirdiyimiz kimi “Dynamic Distribution Group” tərkibi təyin etdiyimiz kriteriyalara uyğun olaraq avtomatik yenilənməkdədir.
Dediklərimizi bir misalla daha aydın izah edək: Belə ki, “Dynamic Distribution Group” yaradarkən təyin etdiyimiz kriteriya “Organizational Unit” adı olarsa, bu “OU“-ya daxil olan bütün istifadəçilər yaratmış olduğumuz qrupa da daxil olunacaqlar. Bu “OU” daxilində yeni bir istifadəçi yaradılarsa, avtomatik olaraq “Dynamic Distribution Group“-a da əlavə olunacaq.
“Dynamic Distribution Group” yaratmaq üçün “Distribution Group” yaradarkən izlədiyimiz addımlara baxaq.
“recipients->groups” yolunu izləyərək “+” sıxırıq və açılan menyudan “Dynamic Distribution Group” seçirik.
“Dynamic Distribution Group” seçdiyimiz zaman yuxarıdakı pəncərə ilə qarşılaşırıq. Gördüyümüz kimi ilk olaraq “Dynamic Distribution Group” haqqında qısa bildiriş təqdim olunub. Burada “Dynamic Distribution Group“-un işləmə pirinsipi qısa şəkildə nəzərimizə çatdırılır.
“Display name” bölümündən qrupumuza ad təyin edirik. “Alias” bölümünə qeyd etdiyimiz ad isə qrup yaradılandan sonra qrupumuzun mail ünvanı kimi göstəriləcək. “Description” bölümünə isə qrup haqqında açıqlama əlavə edə bilərik. “Organizational Unit” bölümündən isə qrupumuzun daxil olduğu “OU“-nu seçirik.
“Owner” bölümündən qrupumuzun idarəedicisi olaraq bir istifadəçi seçirik. Biz idarə edici olaraq “Administrator” istifadəçimizi göstərmişik.
“Member: Specify the types of recipients that will be members of this group” başlığı altından isə qrup üzvlərinin tipini təyin edə bilərik.
“All recipient types” seçərək bütün alıcı tiplərini və ya “Only the following recipient types” seçərək yalnız qeyd etdiyimiz alıcı tiplərini göstərə bilərik.
“Users with Exchange mailboxes” – Exchange mailbox-u olan istifadəçilər.
“Mail users with external email addresses” – Xarici mail ünvanları olan mail user-lər.
“Resource mailboxes” – “Room mailbox” və “Equipment mailbox“-lar üçün. (Əalavə məlumat üçün: http://www.technet.az/2014/01/17/exchange-server-2013-room-mailbox/ )
“Mail contacts with external email addresses” – xarici mail ünvanları olan mail kontakt-lar.
“Mail-enabled groups” – mail aktiv olan qruplar.
Biz “All recipient types” seçərək davam edirik.
“add a rule” deyərək kriteriya təyin edə bilərik.
Şəkildən də gördüyümüz kimi burada bir neçə kriteriya mövcuddur: “Recipient container” (alıcı konteyneri), “State or province” (dövlət və ya vilayət), “Company” (şirkət), “Department” (şöbə) və “Custom attribute 1-15” (xüsusi atribut).
Bu seçimlər istifadəçilərin “Active Directory” üzərindəki xüsusiyyətlərinə görə təyin edilir. Bu atributları seçərkən istifadəçilərin “Acrive Directory” üzərindəki məlumatlarının tamlığına diqqət yetirmək lazımdır. Məsələn: Əgər atribut olaraq, “Department” (şöbə) seçərək şöbə adını daxil ediriksə, “Active Directory” üzərində “Department” bölümünü doldurduğumuz istifadəçilər bu qrupa əlavə olunacaqlar.
Biz “Recipient container” seçərək “OU“-muzu daxil etdik. “Save” deyərək qrupumuzu yaradırıq.
Gördüyümüz kimi artıq “Dynamic Distribution Group“-umuz da hazırdır. Artıq göstərilmiş mail ünvanına mail göndərərək yoxlaya bilərik.
Mail göndərərək atribut olaraq təyin etdiyimiz “OU“-a aid olan istifadəçilərdən birinin mail ünvanına baxaq. Və gördüyümüz kimi mail qrup üzvlərinə çatdırılmışdır.
Yuxarıda dediklərimizi təsdiqləmək üçün “Exchange Server“-imiz üzərinə eyni “OU” daxilində olan bir istifadəçi əlavə edək.
Yeni istifadəçimiz də artıq mail qəbuluna hazırdır. İndi yaratdığımız qrupa yenidən mail göndərərk. Və baxaq görək yeni istifadəçimiz avtomatik olaraq qrupumuza əlavə olunub ya yox.
Və gördüyümüz kimi “Dynamic Distribution Group“-a göndərdiyimiz mail yeni əlavə olunmuş istifadəçimizə də çatdırılmışdır. Yəni “Dynamic Distribution Group” tərkibi avtomatik olaraq yenilənib.
Qrup üzərində “Edit” deyərək qrup xüsusiyyətlərini dəyişə bilərik.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.