Exchange Server 2013 “Mailbox Migration”
Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange Server 2013” üzərində istifadəçi “Mailbox“-larının aid olduqları “MailboxDatabase“-dən digər bir “Database“-ə daşınması (Migration) əməliyyatlarını göstərməyə çalışacağıq.
“MailboxDatabase” və “Mailbox” yaradılması üçün (http://www.technet.az/2013/09/25/exchange-server-2013-mailboxdatabase-v%C9%99-mailbox/) linkdəki məqaləyə nəzər yetirə bilərsiniz.
Müəyyən səbəblərə görə istifadəçi “Mailbox“-unun aid olduğu “Database“-i dəyişmək qərarına gələ bilərsiniz.
Bunun üçün izləyəcəyimiz iki addımdan birini seçə bilərik.
Əvvəlcə sistemimizdə var olan “MailboxDatabase“-lərə və istifadəçi “Mailbox“-larına nəzər salaq.
Gördüyümüz kimi sistemizmizdə default yaranmış “Database“-dən başqa iki ədəd (“IT” və “Programmer“) “Database“-ləri vardır.
Bu şəkildə isə istifadəçi “Mailbox“-larını görməkdəyik.
“Emil Amirov” adlı istifadəçimiz “Programmer” adlandırdığımız database üzərindədir. Qarşımızdakı məqsəd isə, “Emil” adlı istifadəçimizin “Mailbox“-unu “IT” adlandırdığımız “MailboxDatabase” üzərinə daşımaqdır.
Bunun üçün yuxarıda qeyd etdiyimiz kimi istifadə edə biləcəyimiz iki yol mövcuddur.
Birinci yol, istifadəçimizin “Mailbox“-u seçili ikən sağ paneldən “Move Mailbox->To another database” seçimidir. Xatırladaq ki, bu seçimi etməklə yalnız bir (ancaq seçdiyimiz) “Mailbox” daşıya bilərik. Növbəti addımlar eyni olduğu üçün Biz ikinci yolla məqsədimizi həyata keçirək.
İkinci yol olaraq “recipients->migration” yolunu izləyə bilərik.
Yeni daşınma əməliyyatı üçün “+” işarəsini sıxırıq. Burada iki seçimlə qarşılaşdıq. “Move to a different database” (başqa database-ə daşımaq) və “Move to this forest” (bu forest-ə daşımaq). İkinci seçim forestlər arası daşıma üçün olduğundan, Biz ilk seçimlə (“Move to a different database“) davam edirik.
Bu addımda “+” sıxaraq daşınacaq istifadəçilərdən birini və ya bir neçəsini seçə bilərik. “specify the users with a CSV file” seçimi ilə isə əvvəlcədən yaratmış olduğumuz “.csv” faylını göstərə bilərik. Bu fayl içərisində daşınacaq istifadəçilərin mail ünvanlarını qeyd etməliyik. “.csv” faylının tipik görünüşü isə aşağıdakı kimidir.
Biz ilk seçimi etdik.
Burada istifadəçilər və aid olduqları “database“-lər göstərilmişdir. “Emil” adlı istifadəmiz “Programmer” database-indədir. Və Biz həmin “Mailbox“-u “IT” database-inə daşıyacağıq. İstifadəçimizi seçib “OK” düyməsini sıxırırq. Əvvəl qeyd etdiyim kimi burada bir neçə “Mailbox” seçmə imkanımız vardır.
“Mailbox“-umuzu seçdik və aşağıda Bizə daşınacaq “Mailbox” sayı da göstərilməkdədir. “Next” ilə davam edirik.
“New migration batch name” bölümündən əməliyyatımıza ad təyin edirik.
“Archive” başlığı altında isə üç seçimimiz vardır: “Move archive mailbox along with primary mailbox“(Əsas Mailbox-la birlikdə arxiv mailbox-unu da daşı), “Move primary mailbox only” (Yalnız əsas Mailbox-u daşı) və “Move archive mailbox only” (Yalnız arxiv Mailbox-unu daşı). Tələbə uyğun olaraq üç seçimdən birini edə bilərsiniz.
“Target database:” (Hədəf database) qismində “Mailbox“-umuzu daşıyacağımız “Database“-i seçməliyik. “browse” deyərək “Database“-imizi seçirik.
Eyni qayda ilə “Target archive database” bölümündən arxiv “Mailbox“-un daşınacağı “Database“-i də seçə bilərik.
Və son addıma gəldik. Burada “*After the batch is complete, a report will be sent to the following recipients. You must select at least one recipient to receive this report” başlığı altında əməliyyat tamamlandıqdan sonra hesabat göndəriləcək bir və ya bir neçə istifadəçi seçə bilərik.
“You can start the batch automatically or start it later by selecting it in the migration dashboard and then clicking Start” – burada isə əməliyyatın avtomatik yoxsa bizim müdaxiləmizlə başlayacağını təyin edirik.
“Automatically complete the migration batch” qutucuğunu işarələyərək də əməliyyatın avtomatik tamamlanmasını təmin edirik.
“new” deyərək daşınma əməliyyatımızı başlayırıq.
Gördüyümüz kimi “Sinxronizasiya” başlamışdır.
“Completed” ilə əməliyyatımız uğula tamamlanmışdır.
Artıq “Emil” adlı stifadəçimizin “Mailbox“-u “Programmer” database-indən “IT” database-inə daşınmışdır. Bu daşınmanın uğurla bitdiyini bildirən mesaj “Administrator” istifadəçisinə göndərilmişdir.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.