Windows Server 2012 R2: AD DS -4

AD DS – Funksionallığın Təsdiqlənməsi:

Domain xidmətinin yüklənmsənin ardından bəzi qısa testlər gerçəkləşdirərək AD DS-nin işlək olub olmadığını təsdiqləmək mümkündür. Bu nəticələr əsasında gələcəkdə yarana biləcək çətinliklərin öncədən qarışısını almaq və yaxud bu xidmətin doğru çalışıb çalışmadığından əmin ola bilərik. Sistemə daxıl olduqdan sonra aşağdakı bəzi əmrləri icra edərək nəticələrə nəzər yetirək. Qeyd etmək istərdim ki, qeyd edəcəyimiz əmrlər bəzi misalları əhatə edəcəyi üçün həmin əmrlərin geniş şəkildə araşdırılması məqsədə uyğundur. Eynilə gələcəkdə yarancaq çətinliklərlə bağlı bu əmrlərldən yararalanarq geniş anlazilər apara bilərik. Yəni ilkin sazlamanın təsdiqi üçün nəzərədə tutulmayıb.

1. Net share: bu əmr vasitəsilə qovulaqların paylaşılmasını və yaxud faktik paylaşılmış resursları görmək mümkündür. AD DS xidməti sazlanmış server üzərində bu əmr icra olunan zaman SYSVOL, NETLOGON adlı resursların paylaşıldığı təsdiqlənməlidir. Alternativ metod: Start – Run \\127.0.0.1 

AD-DS-Verify-01

2. DNS üzərində Domain xidməti xidməti tərəfindən yaradılmış zona öz əksini tapmalıdır.

AD-DS-Verify-02

3. %Systemroot%\Sysvol\Domain\Policies bölməsində Default Domain policy və Default Domain Controllers policy aid GUID-lər (globally unique identifier) öz əksini tapmalıdır.

AD-DS-Verify-04

4. Dcdiag (Domain Controller Diagnostic Tool): Bu köməkçi əmr vasitəsilə bir çox testlər gerçəkləşdirmək mümkündür. Domaində çıxan nasazlıqlar zamanı ən çox istifadə edilən əmrlər toplusundan biridir. Dcdiag /v əmrini icara edərək xidmətin çalışması üçün ehtiyac duyulun bəzi servislərin işlək olmasını və ya digər funksionallıqlar haqqında geniş məlumat toplaya bilərik.

AD-DS-Verify-03

Dcdiag /? vasitəsilə digər funskionallıqlarla bağlı geniş analizlər aparmaq mümkündür. Qeyd olunmuş bir neçə addım vasitəsilə biz qurduğumuz Domain servisinin işlək olduğunu təsdiqləmiş oluruq. Bu testlərin sayını artırmaq mümkündür lakin diqqətinizə çatıdırmaq istədiyim məsələ budur ki, bir əməliyyatlar gerçəkləşəsən zaman hansı proseslərin meydana gəlməsini maksimum səviyyədə doğru və dərindən mənimsəməyə çalışmalısınız.

Qaynaq: Windows Server 2012 R2: Active Directory E-Kitab 1-ci hissə

Səs: +60. Bəyənilsin Zəifdir

Şərh yazın