Exchange Server 2013 “Room mailbox”

Salam, Əziz Dostlar. Uzun bir aradan sonra “Exchange 2013” məqalələrimizə davam edirik.

Əvvəlki məqalələrdə istifadəçilər üçün mail qutularının yaradılmasına nəzər yetirmişdik. Bu məqaləmizdə isə “Room Mailbox“-lar haqqında danışacağıq.

Adından da göründüyü kimi “Room Mailbox” şirkət daxilində ümumi istifadədə olan yerlərin (konferans zalları və s.) rezervasiyası üçün istifadə olunur. Deyəlim ki, şirkətimizdə bir və ya bir neçə konferans zalı var. “Room Mailbox” vasitəsilə hansı zalın nə zaman istifadəsinin mümkün olduğu, tutumu kimi xüsusiyyətləri görərək yeni iclasımızı rezervasiya edə bilərik.

Həmişəki kimi, bunun üçün əvvəlcə “ECP“-yə daxil olmalıyıq.

RoomMailbox1

recipients->resources”  yolunu izləyərək “+” işarəsini sıxırıq. Şəkildən də gördüyümüz kimi burada iki seçimlə qarşılaşırıq: “Room mailbox” və “Equipment mailbox“. “Room Mailbox” istifadə olunacaq yerlər üçün, “Equipment mailbox” isə ortaq istifadədə olan alət və avadanlıqlar üçün istifadə edəcəyimiz mailbox-lardır. Bu günki məqaləmizin mövzusu “Room mailbox” olduğu üçün “Room mailbox” seçərək davam edirik.

RoomMailbox2

Açılan pəncərə əvvəlki məqalələrdən bizə tanış olduğu üçün sadəcə fərqli xüsusiyyətlərindən bəhs edəcəyik.

(“User mailbox” yaradılması haqqında məqaləmizə http://www.technet.az/2013/09/25/exchange-server-2013-mailboxdatabase-v%C9%99-mailbox/ ünvanında nəzər yetirə bilərsiniz)

Room name”  bölümünə istifadə olunacaq məkana uyğun ad daxil edirik. Biz bu misalda Konferans zalı üçün mailbox yaratdığımızdan adını da uyğun təyin etdik.

Email address” bölümün də isə mail ünvanının necə olacağını daxil edirik.  “Location“, “Phone“, Capacity” başlıqları altında isə yeri, telefon nömrəsitutumu ilə bağlı məlumatlar daxil oluna bilər.

Booking requests” bölümündə iki seçim vardır. “Accept or decline booking requests automatically” seçərək yaradılmış bir konferansın avtomatik qəbulunu və ya imtina edilməsini aktivləşdirə bilərik. İkinci seçim olan “Select delegates who can accept or decline booking request” seçsək  “Delegates” bölümünə  qəbul və imtina üçün bir istifadəçi təyin etməyimiz lazım gələcək.

Save” deyərək “Room Mailbox“-umuzu yaratmış olduq. Bu qayda ilə digər istifadə oluna biləcək ortaq yerlərə uyğun mailboxları da yarada bilərik.

RoomMailbox3

Gördüyümüz kimi artıq “Konferans zal1” adlı “Room mailbox“-umuz hazırdır.

Artıq “Outlook” üzərindən bir yığıncaq tələb edərək nəticələri görə bilərik.

RoomMailbox4

Bunun üçün şəkildə göstərilmiş ardıcıllıqla “New->Meeting Request” seçirik.

RoomMailbox5

Açılan pəncərədə “Rooms” bölməsinə daxil olaraq iclasın hansı konfrans zalında olacağını təyin edirik. (Xatırladaq ki, Biz “ECP” üzərində bir ədəd “Room mailbox” yaratmışdıq)

Room mailbox“-u seçərək “Ok” düyməsini sıxırıq.

RoomMailbox6

To” bölməsində isə iclasa dəvət göndəriləcək işçiləri seçərək “Ok” deyirik.

RoomMailbox7

Şəkildən göründüyü kimi Biz iclasın başlama və bitmə tarixini, həmçinin saatını tənzimləyə bilərik.  Bütün bu tənzimləmələri etdikdən sonra artıq “Send” deyərək işçiləri iclasdan xəbərdar edirik.

RoomMailbox8

Konferans zalı qeyd etdiyimiz saatlarda boş olduğu üçün “Accepted” (qəbul olunmuşdur) cavabı gəlmişdir.

RoomMailbox10

İclasa çağırılan işçi də öz mail ünvanına daxil olaraq iclasda iştirakını təsdiqləməlidir. Göründüyü kimi dəvət gəlmişdir. “Accept” düyməsinə sıxdıqda, istəyə uyğun olaraq daha sonra cavablandırma, indi cavablandırma və yaxud cavablandırmama seçimlərini edə bilərik. Həmçinin burada “Tentative” (tərəddüdlü) və “Decline”  (imtina) kimi də qeyd etmək mümkündür. Seçdiyimiz cavabdan asılı olmayaraq tədbiri təşkil edən şəxsə bildiriş mesajı göndəriləcəkdir.

RoomMailbox11

Royal Amrah” adlı işçinin iclasa qatılacağını göstərən bildiriş mesajı gəlmişdir.

İstəyə uyğun olaraq iclas vaxtı və yeri dəyişdirilə, həmçinin iclas ləğv oluna bilər.

RoomMailbox12

Bunun üçün yaratdığımız yığıncağı yenidən açmaq kifayətdir. Dəyişiklik və silinmə ilə əlaqədar da dəvət göndərilən işçilərə bildirişlər ediləcəkdir.

RoomMailbox13

Sən demə bizim serverlər “Abu Dhabi” saatı ilə işləyirmiş :)…

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın