Microsoft Windows 9`a hazırlaşır?

Microsoft halhazırda Windows 8.1 üçün yeniliklər üzərində çalışır, lakin şirkətin Windows`un gələcəyi ilə bağlı “Threshold” adı altında daha böyük planları var. Paul Thurrott bildirir ki, Microsoft`un “Threshold” planlarına Windows 9`un 2015-ci il aprel ayında çıxacağı da daxildir. İddialara görə şirkətin Windows 9 haqqında görüşlərinə -bir il sonra açılması planı ilə- 2014-cü il aprel ayında keçiriləcək “Developer konfransı”nda baxılacaq. Halhazırda Windows 9`da hansı yeniliklər olacağı bəlli deyil, lakin görünür Microsoft yeni sistemdən Windows 8`ə qarşı olan tənqidləri uzaqlaşdırmaq üçün istifadə edəcək. Şirkətin Windows 9 üçün yeni başlanğıc menyusu hazırladığı da iddia edilir, bu menyu yaxın gələcəkdə Windows 8.1`ə “Update 2” adı ilə də göndərilə bilər.
Microsoft Windows 9 üçün 3 əsas inkişaf istiqaməti nəzərdə tutmuşdur, amma bunlardan neçəsinin inkişaf mərhələsi ərzində ictimaiyyətə açıq olacağı bəlli deyil. Proqramçı halhazırda Windows 9 planının sonuncu mərhələlərindədir və işə aprel ayındakı developer konfransından sonra başlanacağı gözlənilir. Görünən odur ki, Microsoft bu konfransdan Windows 9 ilə bağlı planlanmış dəyişiklikləri detalları ilə açıqlamaq üçün istifadə edəcək.

Müəllif: Günel Yaqubova

Şərh yazın