Windows üzərində Ubuntu bootable usb hazırlamaq

Salam!

Bu məqalədə Sizə Windows əməliyyat sistemi üzərində Ubuntu üçün bootable usb hazırlamaq barəsində məlumat verəcəm. Bu əməliyyatı aparmaq üçün Ubuntu əməliyyat sisteminin iso faylını http://www.ubuntu.com/download keçidindən yükləyə bilərsiniz.

Bootable usbni hazırlamaq üçün bizə 2 GB boş yer olan usb yaddaş daşıyıcısı lazımdır. Bundan sonra http://www.pendrivelinux.com/universal-usb-installer-easy-as-1-2-3/ keçidindən Universal USB Installer proqramını endiririk. Endirdiyimiz Universal-USB-Installer-1.9.5.1.exe faylını işə salıb aşağıdakı ardıcıllıqla əməliyyatları yerinə yetiririk.

Proqramı işə saldıqdan sonra ilk olaraq License Agreement pəncərəsi ekranda əks olunur. Şərtləri oxuduqdan sonra razılaşdığımız halda “I agree” düyməsini klikləyirik. Şərtlərlə razılaşmadıqda Cancel düyməsindən istifadə edərək prosesi dayandırmaq olar.

uui-01

Setup your Selections Page pəncərəsində Step 1 bölməsində bizə lazım olan distributivi seçirik. Bu məqaləmizdə biz Ubuntu seçirik.

Step 2 bölməsində Browse düyməsini klikləyib, iso faylını seçirik. Step 3 bölməsində usb yaddaş daşıyıcısını seçirik. Əgər usb yaddaş daşıyıcısını format etməyə (usb yaddaş daşıyıcısındakı bütün fayllar silinir) ehtiyac olarsa, Format G:\ Drive (Erases Content) seçimini təsdiqləyirik.  Step 4 bölməsində bootable usbdən istifadə edən zaman dəyişikliklər aparılarsa, onları yadda saxlamaq üçün yer təyin edirik. Bu ölçü bizim istəyimizə uyğun olaraq dəyişə bilər.

Yuxarıda qeyd olunan seçimləri apardıqdan sonra Create düyməsini klikləyirik.

uui-02

Aşağıdakı pəncərədə proses zamanı aparılacaq əməliyyatların ardıcıllığı və usb yaddaş daşıyıcının düzgünlüyünün yoxlanılması barədə xəbərdarlıq əks olunur. Yes düyməsini klikləyərək prosesi davam edirik.

uui-03

Yuxarıdakı xəbərdarlığı təsdiqlədikdən sonra proses başlayır.

uui-05

Bu pəncərədə iso faylının daxilində olan fayllar usb yaddaş daşıyıcısına genişləndirilir.

uui-04

Proses yekunlaşdıqda Close düyməsi aktivləşir. Close düyməsini klikləyərək prosesi sonlandırırıq.

uui-06

Bundan sonra usb yaddaş daşıyıcısını kompüterə taxaraq Ubuntu əməliyyat sistemini kompüterdə qurmaq və ya qurmadan istifadə etmək olar. Bu haqqda növbəti məqalələrdə məlumat verəcəyik.

Səs: +60, -10. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərh yazın