Google + da yazışma sadələşdi
Google+ istifadəçiləri bundan sonra öz əhatələrində olan istifadəçilərin ünvanını bilməsələr belə onlara e-poçt göndərə biləcəklər.
Google+ ilə xidmətlərini getdikcə artıran Google yeni Gmail elektronik poçt xidməti ilə istifadəçilərin işini biraz da asanlaşdırır. Yeni xidmət Google+ əlaqə siyahınzda olan, lakin e-poçt ünvanını bilmədiyiniz istifadəçilərə e-mail yaza bilməyinizə şərait yaradacaq. Bu xidmət digər istifadəçilərin əlaqə siyahısında olduğunuz halda onların da sizə e-mail yaza bilməsini təmin edəcək. Avtomatik təyinetmə vasitəsilə ünvanını bilməyən istifadəçilər bir-birinə e-poçt yaza biləcək və qarşı tərəfdən cavab gəldiyi halda bilmədikləri ünvanı öyrənmə şansları olacaq.
Google+ istifadəçiləri Gmail vasitəsilə onlarla əlaqəyə keçə biləcək insanları 4 qrupa ayıra biləcəklər. Belə ki, seçiminizdən asılı olaraq, 1) e-mail yazmasını istəmədiyiniz istifadəçiləri avtomatik təyinetmə xaricində saxlaya biləcəksiniz, 2) sadəcə əlaqə siyahınızda olan insanlar sizə e-mail ata biləcək, 3) sizin əlaqə siyahınızda olmayan, lakin əlaqədə olduğunuz başqa bir istifadəçinin siyahısında olan şəxslər sizə yaza biləcək və ya 4) Google+ istifadə edən hər kəs sizə e-poçt göndərə biləcək.
Yeni xidmətin əsas məqsədi istifadəçilərin Gmail üzərindən yazışmalarını artırmaqdır. Google yeni xidmətin bir neçə gün içində istifadəyə veriləcəyini açıqladı.