Windows Azure`un Tərkib Hissələri (Data Management)

Salam Dostlar, söz verdiyimiz kimi Windows Azure məqalələri davam edir. Bu məqaləmizdə Windows Azure`un digər tərkib hissələri haqqında danışacağıq. Bu məqalənin mövzusu Məlumatın İdarəolunması (Data Management) olacaq. Bildiyimiz kimi tətbiqetmələr hər hansı baza tələb edir. Windows Azure üzərində biz özümüz SQL Server və NoSQL bazalarda qura bilərik. Hətta öz bazamızı da qura bilərik. Windows Azure bütün bu imkanları bizə təqdim edir. Windows Azure bizim üçün bir neçə məlumat saxlama seçimləri təqdim edir. Bunları aşağıdakı şəkildə görmək mümkündür.

introazure3

SQL Database:

Windows Azure SQL Database təqdim edir. Bildiyimiz normal SQL bazadır. Bu baza ilə hər hansı məlumatı bir neçə insan eyni anda əldə edə bilər. SQL Server kimi SQL Database`ə də Entity Framework, ADO.NET, JDBC və digər məlumat əldə etmə vasitələri ilə istifadə etmək olar. Eyni zamanda T-SQL dili və SQL Server Management Studio alətlərini də dəstəkləyir. Siz bu xidmətlə məlumatlarınızı kimin oxuduğunu və yaxud bu məlumatlara kimin icazəsi var onu idarə edə bilərsiniz. Ancaq SQL Database hardware strukturunu siz idarə və nəzarət etmirsiniz. Sizin yerinizə bunu Microsoft həyata keçirdir. Siz düzəltdiyiniz hər hansı bir tətbiqetmə əgər baza tələb edərsə, bunun üçün SQL Database istifadə edə bilərsiniz. Eyni zamanda SQL Database`də yerləşən məlumatları bir çox cihazdan əldə edə bilərsiniz.

 

Tables:

Düşünən ki, Windows Azure  üzərində bir tətbiqetmə yazmaq istəyirik və bu tətbiqetmə vasitəsilə yazılı məlumatları əldə etmək istəyirik. Amma istəyirik ki, bu məlumatları sürətli şəkildə əldə edək və qarışıq SQL sorğularının olmasını istəmirik. Bu zaman bizə lazım olan Windows Azure Tables`dir. Tables bir bazadır. Amma SQL Database`dən fərqli olaraq, qarışıq bir baza deyil. Burada əsasən cədvəllər, yazılı məlumatlar, tarixlər və.s bu tip məlumatlar saxlanılır. Sürətli olduğuna görə yazılı məlumatların sürətli əldə edilməsi lazım olan vəziyyətlərdə Tables istifadə edilir. Bu bazada bir cədvəl 1 TB`a qədər məlumatları özündə saxlaya bilir.

Blobs:

İkili məlumatların saxlanmazı üçün dizayn olunmuş baza Windows Azure Blobs`dur. Blobs da Tables kimi ucuz bazadır. Hər Blob 1 TB`ə qədər məlumat saxlaya bilir. Nümunə üçün videolar, qrafik məlumatlar və digər ikili böyük məlumatları Blobs`da saxlamaq olar. Windows Azure üzərində düzəldilən tətbiqetmə Windows üzərində olan sənədləri görə bilir, ancaq məlumatların özləri isə Blobs`da saxlanılır.

Bu məqalədə daha bir Windows Azure tərkib hissəsi haqqında danışdıq.Növbəti məqalələrdə digər tərkib hissələri haqqında yazmağa çalışacağıq, İnşAllah.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT

 

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın