Tam dəstəkli Azərbaycan klaviaturası
Salam.Sizə təqdim edəcəyim faylı komputerinizə yükləməklə,artıq brauzerlərdə və internetdə klaviatura dilini dəyişmədən,Azərbaycan klaviaturasından rahatlıqıa istifadə edə biləcəksiniz.Burada,Azərbaycan klaviaturasında mövcud olmayan “@” və “w” əlavə edilmişdir.Apostrof işarəsi çoxdan dilimizdən çıxdığı üçün onu ləğv edərək, ~ düyməsinə w hərfini yerləşdirdim.dırnaq işarəsini isə 3 düyməsinə köçürdüm. Beləliklə : SHİFT+2 sıxmaqla @ simvolunu,SHİFT+~ düyməsini sıxmaqla isə w hərfini əldə edəcəksiniz.Təlimatlar arxivin içinə yerləşdirilib.Yükləmə və istifadə qaydasını isə sizə şəkillərlə izzah edirəm.
Faylı Buradan (YÜKLƏYİN )endirin.
Əməliyyat sisteminizin dəstəklədiyi EXE faylını komputerinizə yükləyin.(64 və ya 32)
1. start menyusundan İdarəetmə Panelinə keçin (Panel upravleniya)
2.Dil və regional standartlara girin
3.Dil və klaviatura bölməsini seçin
4.Klaviaturanı dəyiş-ə basın
5.Qarşınızda çıxan pəncərədə Azərbaycan dilini seçın və onu silin.
6.Əlavə et düyməsini vuraraq oradan Azerbaycan latın bölməsinə tıklayın,qarşınızda menyu açılacaq
7.Oradan Azərbaycan (tam dəstək) seçin və OK vurun.
Komputerinizi yenidən başladın və klaviaturanızdan həzz alın 🙂
Tələb və istəklərinizi bizə yazın. Məsləhətlərinizi eşitmək bizi sevindirər. Nəticədə hamımızın məqsədi, Azərbaycan klaviaturasının tam optimal, rahat və funkional olmasıdır.
Şərhlər ( 2 )
Salam.
<>
Zəhmət olmasa linki yeniləyərdiniz və çox xahiş edirəm sizdən mümkünsə daha etibarlı fayl upload servislərinə upload edəsiniz bu faylı.
Poison,
burdan yükləyə bilərsiniz.