HDD və SSD disklərə ümumi baxış və onlar arasındakı fərqlər.
Salam. Bu mövzuda sərt disklər və günümüzdə aktual olan, gələcəkdə HDD-lərin yerini alacaq olan SSD lər haqqında danışmaq istərdim. Sərt disklər haqqında mövzuları bizim technet.az saytı da daxil olmaqla yəqin ki bir çox internet saytlarında oxuyub, araşdırıb müəyyən biliklərə sahib olmusunuz. Amma SSD haqqında yetərincə məlumat çox azdır və biri-biri ilə ziddiyət təşkil edir. Mən isə çalışacam ki, bacardığım qədər sizi bu barədə konkret məlumatlandırım. Sərt diski açıq şəkildə hamımız görmüşük. Kiməsə açmaq müyəssər olmayıbsa,internetdən şəkillərə baxa bilər.
Bu şəkildə HDD kontrolleri və üzərindəki yaddaş modulunu görürük. SDD nin yaddaş modulu ilə tam eyni 🙂
Əslində sərt diskin daxilində elə də anlaşılmayacaq və qəliz bir şey yoxdur. Qısa desək, bir neçə silindr, metal disk, motor, oxuma qolu, onun başlığı(iynəsi) və sərt diskin idarəetmə platası. Sərt diskin üstündə bir çip var ki, onun özü də yaddaşdır, amma çox az, məsələn 32mb həcmindədir.
Bütün məlumatlar sərt diskin üzərində saxlansa da, ən vacib məlumatlar məhz bu çipdə saxlanılır və əslində həmin çip sərt diskin üstündə olan flash yaddaşdır, hansı ki bizim istifadə etdiyimiz USB flash kartlar da eyni mexanizm ilə işləyirlər. Əslində SSD elə başlanğıcını buradan götürmuşdür. Mən bu məqaləni yazmamışdan əvvəl internetdə də xeyli araşdırma apardım. Bütün saytlarda SSD haqqında hamı ağız dolusu təriflə danışır, sərt diskdən nə qədər üstün olduğunu söyləyirlər. Amma gəlin özümüz hər şeyi müqayisə edək və birlikdə nəticəyə gələk. Əlbətdə SSD sərt diskdən üstün cəhətləri var. Lap USB flash yaddaş kimi.
Sərt diskin mənfi cəhətlərini nəzərdən keçirək: Məsələn nəzərə alsaq ki, sərt disk mexaniki işləyir, maqnetikdir və ən əsası içində hərəkətlilik vardır. Buradan belə nəticəyə gələrik ki, Deməli bu avadanlıq zərbə almamalıdır. Əgər onun içindəki hissələr (disklər) sürətlə fırlanırsa, deməli qızmaq amili də var. Fərz etsək ki, dəqiqədə 7200 dövrə vuran sərt diskin oxuma sürəti, məhsuldarlığı saniyədə 30MB –dir, əlbətdə düşünərik ki, bizim üçün yetərlidir bu sürət. Amma bu kiməsə azlıq edə bilər. Hətta sərt disklərin dəymə-düşərliyini nəzərə alsaq, ayağımızın komputerə toxunmasıyla aldığı kiçik zərbədən belə onun ömür gününü başa vurub, bizim bütün məlumatlarımızın məzarına çevrilməyəcəyindən heç kim sığortalanmayıb. Əlbətdə SSD bütün bu problemlərə son qoyur. O tam elektronikdir, içində heç bir hərəkətli mexanizm yoxdur, xarici zərbələrə davamlıdır, (Amma heç kim bunu test etməsin :)) Səssiz işləyir, məlumat oxuma və yazma məhsuldarlığı sərt diskdən azı 10 dəfə yüksəkdir. Mən, SSD diski sadəcə böyük həcmli flaş yaddaşdan fərqləndirə bilmədim. Sürətli və RAM -la müştərək işləyə bilsin deyə üzərinə əlavə edilmiş RAM modulunu çıxmaq şərti ilə. Bəlkə zamanla bu fikrimi qismən dəyişdirərəm, amma hər halda məntiq məhz belə olaraq da qalacaqdır. Günümüzdə satılan noutbukların üstündə elə də çox yaddaşa malik olmayan SSD disklər təklif edilir. Amma çox baha başa gəldiyi üçün hələ ki, bizim üçün yenə də HDD əlverişlidir. Çünki az həcmli bir SSD əvəzinə yüksək həcmli HDD ala bilərik və bir də nəzərə alsaq ki, nə qədər RAM texnologiyasından istifadə edilsə də, SSD USB flaşın daha genişləndirilmiş formasıdır, o zaman heç kim təminat verə bilməz ki SSD modulları da USB flashın modulu kimi müəyyən sayda yazı pozudan sonra ömrünü başa vurmayacaq (10.000 dəfə yazılıb pozulduqdan sonra, modullar sıradan çıxır) Ona görə də yaxşı olar ki, böyük həcmli SSD almağa tələsməyəsiniz. Yoxlama üçün ola bilər ,amma hələlik bu qədər pul xərcləməyə dəyməz.
Bu şəkildə SSD diski görürük. Uzərində yaddaş modulları aydın görünür. SSD diskin yaddaşı nə qədərdirsə, onlar bərabər şəkildə bölünüb və bu modullara paylanıb və bu hər modulun hərəsi müəyyən yaddaşa malikdir. Mən bu şəkildə SATA interfeysli və bir yerə yığılmış bir neçə flash yaddaşdan başqa bir şey görmürəm.
Bu yazdıqlarım mənim şəxsi baxışımdır. Əgər kimsə SSD işlədirsə və bu barədə gəldiyi hansısa konkret nəticə varsa, yazsın. Bizi xeyli sevindirmiş olarsınız. Bir de təkrar onu xatırladım ki, bu texnologiya lap əvvəldən mövcud idi və HDD lərin üzərində kiçik və kritik yaddaş modulu kimi istifadə olunub. Yanı anlayacağınız,mənim üçün SSD diskin, USB 3 dəstəkli flash yaddaşdan heç bir fərqi yoxdur.
Şərhlər ( 12 )
Elmir bəy, təşəkkür məqalə üçün.
1 ilə yaxındır öz notebook-umda SSD istifadə edirəm ( üstündə HDD gəlmişdi, 180$ verməklə 256 GB həcmli disk aldım). Nəticədən çox razıyam – host və virtual guest ƏS-nin 4-5 saniyə ərzində tam aktiv vəziyyətdə olması – lablar üçün bundan gözəl heç nə ola bilməz.
Solid State Drive (SSD) haqqında çox geniş mövzu açmaq olar, lakin ümumi baxışda, verilmiş məlumat anlayış yarada bilən qədərdir. Mən sonra 4 ildir SSD işlədirəm, həm “Laptop”, həm də “Desktop PC”-də. Əgər yalnış xatırlamıramsa, Araz Eyyubovun ingiltərəyə səfəri zamanı, birini də onun Laptop=u üçün almışdıq 🙂 SSD-lər arasında da çox böyük sürət fərqləri mövcuddur, xüsusilə əməliyyat sisteminin, Fəridin yuxarıda qeyd etmiş olduğu kimi, 4-9 saniyə arasında tam hazır vəziyyətə gəlməsi, nəyə desəniz dəyər. Fiziki zorakılığa daha dözümlü olması, daha uzun ömürlü olması və beləcə də, daxilində bizə aid olan məlumatların daha az təhlükəyə məruz qalması deməkdir.
Yazı yazan əllərinizə sağlıq! 🙂
P.S. Yazmış olduğunuz mətndə çoxlu qrammatik səhvlərə yol verilib. Yazını burada paylaşmamışdan öncə, Azərbaycan dilinə yaxşı hakim olan yoldaşlardan biri redaktə etsəydi, daha gözəl olardı.
Solid State Drive (SSD) haqqında çox geniş mövzu açmaq olar, lakin ümumi baxışda, verilmiş məlumat anlayış yarada bilən qədərdir. Mən son 4 ildir SSD işlədirəm, həm “Laptop”, həm də “Desktop PC”-də. Əgər yalnış xatırlamıramsa, Araz Əyyubovun İngiltərəyə səfəri zamanı, birini də onun Laptop-u üçün almışdıq 🙂 SSD-lər arasında da çox böyük sürət fərqləri mövcuddur, xüsusilə əməliyyat sisteminin, Fəridin yuxarıda qeyd etmiş olduğu kimi, 4-9 saniyə arasında tam hazır vəziyyətə gəlməsi, nəyə desəniz dəyər. Fiziki zorakılığa daha dözümlü olması, daha uzun ömürlü olması və beləcə də, daxilində bizə aid olan məlumatların daha az təhlükəyə məruz qalması deməkdir.
Yazı yazan əllərinizə sağlıq! 🙂
P.S. Yazmış olduğunuz mətndə çoxlu qrammatik səhvlərə yol verilib. Yazını burada paylaşmamışdan öncə, Azərbaycan dilinə yaxşı hakim olan yoldaşlardan biri redaktə etsəydi, daha gözəl olardı.
Meqale ucun tesekkurler men bilmek isterdim SSD istifade edenler farmatdan sonra fayllari recovery ede bilir yeni bu imkan varmi men hele istifade etmemisem ona gore surusuram ?
Bəli Tariyel, bu mümkündür. SSD-dən ‘R-Studio’ vasitəsi ilə bunu bir neçə dəfə etmişəm. SSD məntiq lövhəsi üzərində, bildiyimiz yaddaş çipləri olduğu üçün, adi qaydada ‘Flash Card’ daxilindəki məlumatlar necə xilas edilirsə, eyni qaydada da, SSD daxilindəki məlumatlar xilas edilə bilir.
Maraqlı məqalədir. Təşəkkürlər Elmin.
Meqale ucun Tewekkurler)) Sual soruwmaq isteyirdim. Eger HDD de Discs hissesine el deyib lekelenibse onda problem olar?
SAlam ) MEqaleye gore Tewwekkur)Eger hdd nin diski elle lekelenibse hdd korlanib uje yoxsa?
Salam Tariyel bəy.Əyər məlumatınız silinibsə,recovery proqramları ilə geri aqytara bilərsiniz.Bu həm SSD, həm HDD, həm də adi flaş dayıyıcılar üçün keçərlidir.Məsləhət gördüyüm proqram isə MiniTool Power Data Recovery-dir.
Salam Nahid bəy.Əyər siz sərt diski sökmüsünüzsə, və hətta ləkələmisinizsə,məsləhət görürəm ki,özünüzə yeni HDD alasınız.Hətta siz əl ləkəsi salmamış olsaydınız belə,adi şəraitdə sökdüyünüz üçün artıq HDD sıradan çıxardığınıza əminəm.Çünki HDD içində vakkum olur,və onun icərisinə düşən adi toz dənəciyi bir böyük dağ deməkdir
Mən, SSD diski sadəcə böyük həcmli flaş yaddaşdan fərqləndirə bilmədim. Sürətli və RAM -la müştərək işləyə bilsin deyə üzərinə əlavə edilmiş RAM modulunu çıxmaq şərti ilə. SSD-nin uzerine RAM taxilir?bunu izah ederdiniz de?
Salam,
Bütün məlumatlar sərt diskin üzərində saxlansa da, ən vacib məlumatlar məhz bu çipdə saxlanılır və əslində həmin çip sərt diskin üstündə olan flash yaddaşdır, hansı ki bizim istifadə etdiyimiz USB flash kartlar da eyni mexanizm ilə işləyirlər.
Sərt disk hardan bilir ki, hansı məlumat vacibdir ? Yəni bunu necə təyin edirik ? Xüsusi əmrlərlə yoxsa necə ?