Cisco Router-də DHCP sazlanması
- DHCP Policy
DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyası
Routerdə DHCP-nin sazlanması
DHCP Failover sazlanması
CISCO routerdə DHCP sazlanması | TechNet TV
DHCP Haqqında və Qurulumu
DHCP Policy sazlanması
PfSense - DHCP Server+Static Mapping
DHCP Snooping
Cisco router-in DHCP relay agent kimi istifadə olunması
DHCP Relay Agent nədir?
Linux server üzərindən DHCP serverin konfigurasiyası
Cisco Router-də DHCP sazlanması
DHCP Failover Cluster
Bütün oxucuları salamlayıram. Bu günkü məqalədə Cisco Router-də DHCP sazlaması haqqında məlumat verməyə çalışacağam. İlk öncə DHCP-nin nə olduğunu və nə üçün istifadə olunmasına nəzər salaq.
DHCP (Dynamic Host Configuration Protocol) – protokolu şəbəkə avadanlıqlarının İP address, Default Gateway, DNS server və s. kimi şəbəkə sazlamalarını dinamik əldə etmək üçün istifadə olunur.
Bildiyimiz kimi şəbəkədə hər bir avadanlıq bir-biri ilə əlaqə yaratmaq üçün OSİ şəbəkə modelinin 3cü səviyyəsində İP adresslərdən istifadə edir. İP address informasiyası müxtəlif yollarla sazlana bilər – statik və dinamik. Bir çox hallarda şəbəkədə mövcud olan avadanlıqlarda bu sazlanamların statik yolla sazlanması məqsədəuyğun deyildir. Bir qayda olaraq server, printer və s. kimi şəbəkə avadanlıqlarının sazlamaları statik, istifadəçi avadanlıqlarının sazlamaları isə dinamik aparılır. DHCP server rolunu şəbəkədə bir çox avadanlıqlar oynaya bilər. Bunların sırasında Cisco Router də vardır.
Sazlamalar üçün Cisco Router və kross kabel vasitəsilə ona qoşulu olan, əməliyyat sistemi Windows 7 olan istifadəçi kompüteri götürülmüşdür.
İstifadəçi kompüterində default olaraq şəbəkə sazlaması aşağıdakı şəkildədir:
Router-in interface sazlaması isə aşağıdakı şəkildədir:
İndi isə Cisco Routerdə DHCP sazlamalarını necə həyata keçirə biləcəyimizə nəzər salaq.
İlk öncə DHCP servisi start edirik (servis default olaraq start vəziyyətində olur).
Sonra isə biz DHCP aralıqdan istədiyimiz adresləri gələcək istifadə üçün reserv edib saxlayırıq. Bu zaman Router bu adresləri aralıqdan çıxarır və digər avadanlıqlara təyin etmir:
Daha sonra isə avadanlıqlar üçün DHCP aralığını müəyyən edirik. Bu aralıqda ardıcıl olaraq İP adres aralığını, default gateway, dns server adresləri və əgər arzu olunarsa domain adı təyin edirik:
Bununla da bizim minimal DHCP sazlamalarımız istifadəyə hazırdır. Artıq sazlamaları yoxlaya bilərik. İlk öncə istifadəçi kompüterinin şəbəkə sazlamalarını dinamik əldə edib etmədyini yoxlayaq:
Şəkildən gördündüyü kimi DHCP Enabled bölməsində YES qeyd olunmuşdur və İPv4 DHCP Server bölməsində bizim sazladığımız Router-in İP adresi – 192.168.1.1 qeyd olunmuşdur. Router istifadəçiyə sazladığımız İP adres aralığından ilk adresi təyin etmişdir – 192.168.1.11. Və nəticədən digər sazlamaların da düzgün olduğunu görə bilərik.
Yoxlamanı DHCP rolunu oynayan Router tərəfdə də apara bilərik:
Göstərilən komanda vasitəsilə Routerin DHCP aralığından təyin etdiyi adreslərə nəzər sala bilərik. Gördüyünüz kimi yalnız 192.168.1.11 İP adresi təyin edilmişdir.
Bununla da siz Cisco Router-də DHCP sazlaması ilə tanış oldunuz. Sual və təkliflərinizi http://forum.technet.az ünvanından bizə yönəldə bilərsiniz. Növbəti məqalələrdə görüşənədək.
Rizvan Bayramov
———————–
CCNA/CCNASEC/CCNP
Şərhlər ( 2 )
Qardaş, әllәrinә sağlıq!
Davamlı olsun, İnşAllah.
Təşəkkürlər!